Yaz depressiyasının səbəbləri, necə xilas olmalı? - Dərdli insanlara psixoloq məsləhəti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 816
Səs ver:
(səs: 0)
Həyatımızda baş verən hadisələrə hər bir insan fərqli yanaşır, fərqli qəbul edir və fərqli reaksiyalar göstərir. Hava dəyişkənliyinin insan həyatına təsiri onların də insanların temperamentindən, xarakterindən asılıdır. Melanxolik insanlar hava dəyişkənliyindən daha çox əziyyət çəkirlər.

Qadinla.com bildirir ki, psixoloq Aygün Cəfərova Medicina.az-a həssas insanların dərdi olan bu mövzudan danışıb.

Həkim deyib ki, yaz aylarında rast gəlinən fizioloji problemlərdən biri də insan bədənində vitamin çatışmazlığının yaranmasıdır:

"Payızdakı dəyişikliklərin səbəbi gün şüasının az qəbul olunması nəticəsidir ki, gün şüası qəbul edəndə insanlarda müsbət hormonlar daha çox ifraz olunur. Nəticədə insanlar az depressiyaya düşürlər, amma gün şüası az qəbul edəndə daha tez depressiyaya düşə bilirlər".

Psixoloqun sözlərinə görə, havanın qaralması da insanlarda daha çox həssaslıq yaradır: "İnsanlar daha yorğun olurlar, əsəbi olurlar, hər şeyə daha çox qıcıqlanırlar, yuxu pozuntusu yaşayırlar. İştahalarında dəyişiklik olur. Bu, insanların hətta intim həyatlarına da təsir edir. Buna mövsümi depressiya deyilir. Bu əsasən yaz və payız aylarında daha çox rast gəlinir.

Məsləhətimiz odur ki, insanlar daha çox fiziki işlə məşğul olsunlar. Hər hansı sevdiyi idmanla - qaçış, üzgüçülüklə məşğul olsunlar. Yaxud zövq ala biləcək bir məşğuliyyət tapsınlar. Düzgün qidalanma rejimi, düzgün yuxu saatı, insandan insana fərq olaraq 7-8 saat olaraq dəyişir. Bu kimi şeylərə nəzarət edilməlidir. Əgər insan özü öhdəsindən gələ bilmirsə və getdikcə, bu problem dərinləşirsə, mütləq bir mütəxəssisə müraciət olunmalıdır".

A.Cəfərova bildirib ki, depressiya əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntuların davamlı olması və bir sıra hallarda isə səbəbsiz meydana çıxır. Həmin insanlar tez-tez özlərini hüznlü və bədbəxt hiss edirlər. Bütün düşüncələri bədbin olur, hətta ən pis halda intiharla nəticələnə bilir. Ümumilikdə isə mövsümi depressiyadan hər kəs bir-iki gün olsa da təsirlənir. Daha ağır formada isə bir neçə həftəyə kimi davam edir.

Bu simptomlara diqqət edin:

•Səhər yuxudan oyanmağa çətinlik çəkmək
•Yataqdan qalxmaq istəməmək
•Pessimizm
•Cinsi enerjinin azalması
•Tez əsəbləşmək

Bundan xilas olmaq üçün nə edilməlidir?

•Özünü yaxşı hiss elədəcək fəaliyyətlərlə məşğul olmaq.
•Bunun utanılacaq durum olmadığı və zəiflik olmadığı mənimsənməlidir.
•Bu vəziyyətdən xilas olmağa qərar verilməlidir.
•Tənhalıqdan uzaq durmağa diqqət edilməli, sizə yaxşı təsir edən insanlarla dialoq qurmalısınız.
•Maraq dairənizin miqyasını böyütməlisiniz.
•Düşüncə tərzi dəyişdirilməli, mənfi fikirlərdən qaçmalıyıq.
•Hiss və duyğularınızı yaxınlarınızla paylaşmalısınız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri