Psevdodepressiya, yoxsa depressiya? – PSİXOLOQ YAZIR

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 3 116
Səs ver:
(səs: 0)
Gündəlik həyatda tez-tez işlədilən ifadələrdən biri –“deyəsən depressiyadam “ ifadəsidir. Depresiyya əslində nədir? Simptomlari nədir? Diaqnozu kim tərəfindən qoyula bilər? Tibbi təhsili olmayan şəxslərin bu diaqnozu özlərinə qoyma haqları varmı? İlk öncə bu sualların cavabını düzgün vermək lazımdır.

Bəzən çox yaxın birini itirdikdə, işindən azad olunduqda, sevdiyin şəxsdən ayrıldıqda və s. hallarda insanlarda emosional pozuntuları müşahidə etmək olar. Negativ düşüncələr, qəmgin olmaq, kədərli hiss etmək bir sözlə, duyğu və düşüncələrdə kəskin dəyişikliklər frustrasiya halı çox vaxt insanların özlərinə depressiya diaqnozunu qoymağa vadar edir. Ancaq depressiya psixoloji bir xəstəlikdir və diaqnozunu ancaq psixiatr qoya bilər. Hər bir psixoloji xəstəlik kimi depresiyyanın da spesifik simptomlari var. İlk öncə bunu qeyd etmək lazımdır ki, emosional dəyişiklik müvəqqəti xarakter daşıyır. Bu zaman insanın özünə qarşı olan güvənində, inamında hər hansı bir əskiklik müşahidə edilmir. Ancaq depressiya minumum iki həftə olmaqla daha uzunmüddət davam edən kliniki simptomları olan psixoloji bir xəstəlikdir. Kliniki simptomlarina emosional çökkünlük, yorğunluq, enerji əskikliyi, özgüvəndə azalma, ümidsizlik, əvvəl zövq aldığı aktivitələrə qarşı istəksizlik, zövq ala bilməmək və s. aiddir. Bundan başqa, somatik simptomları da vardır ki, yuxu pozuntusunu(yuxusuzluq-insomnia və ya əksinə, çox yatmaq-hipersomnia), yemək yemə pozğunluğunu( iştahsızlıq- kilo vermə və ya əksinə iştahın artması -kilo alma) göstərmək olar.Eyni zamanda, koqnitiv səviyyədə də defisitlər özünü göstərir. Belə ki, hadisələrin interpretasiyasında irrasionallıq, diqqət əskikliyi, yaddaşsızlıq aid edilə bilər. Depressiyada qırmızı alarm olaraq qeyd edilən ən kritik göstərici insanin suisidal ruminasiyasıdır. Özünəqəsd düşüncəsi təsbit edildiyi ilk andan dərhal müdaxilə edilərək düzgün müalicə üsulu təyin edilməlidir.

İnsanı depressiv hala vadar edən bir sıra faktorlar var.

1) Genetik faktorlar: ailədə valideynlərdən hər hansı birinin depressiv pozuntusunun olması depressiya keçirmə ehtimalını daha da artırır.

2) Cinsiyyət faktoru: Qadınların kişilərə nisbətdə depressiyaya meyilliliyi iki dəfə daha çoxdur.

3) Şəxsiyyət faktoru: daha çox pessimist ,introvert insanlarda depressiyaya meyillik daha yüksəkdir.

4) Sosial faktorlar: Uzun müddət şiddətə məruz qalmaq, cinsi istismar qurbanı olmaq,mobinq vəs.

Depressiyanın 3 əsas forması var:

1) Major depressiya: Minumum iki həftə kəskin kliniki simptomlarla özünü göstərir.Ancaq bu hal bəzən aylarla davam edə bilir.Həyatinda bir dəfə major depressiya keçirmiş insanda yenidən təkrarlanma ehtimalı daha yüksək səviyyədə olur.

2) Distimik pozğunluq: Ən az iki il müddətində müşahidə edilən daha az kəskin stabil kliniki simptomlarla davam edən depressiyanın bir formasıdır.Major depressiya daha çox hər hansi bir hadisəyə bağlı olaraq yarandığı halda, distimiya aylarla ,illərlə davam edən uzumüddətli anhedoniya,enerji əksikliyi, iştah pozğunluğu,yuxu pozğunluğu,yorğunluq vəs. konstant simptomlarla müşahidə edilir.

3) Premenstrual disforiya pozğunluğu: Menstruasiya başlamadan öncəki ilk bir və ya iki həftə ərzində qadınlarda müşahidə edilən depressiyanın bir formasıdır.Bu zaman qadınlarda daha çox qorxu,təşviş halları, həssaslıq, ağlamaq,yorğunluq,baş ağrısı,əzələlərdə ağrı ,əsəbililik kimi simptomlar özünü göstərir.

Depressiyanın müalicəsinə gəldikdə həm psixoterapiya, həm də medikamentoz yolla mümkündür. Bəzən isə hər ikisinin kombinasiyasindan (yəni,psixoterapiya və medikamentoz ikisi birlikdə) istifadə olunur.

İlahə Novruzova
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri