Neqativ insanları necə tanıyaq? – 5 XARAKTERİK XÜSUSİYYƏT

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2388
Səs ver:
(səs: 0)
Hər hansısa bir adamın təbiəti etibarilə mənfi enerjili olduğunu demək ədalətsizlik olar. Bütün insanlar dəyərlidir və kimsəni təkbaşına neqativ hesab edə bilmərik. Neqativ insanlar deyəndə onların fokuslandıqları məsələlərdən bəhs edirik, insanların özlərindən deyil.

Xüsusilə, emosional səviyyədə bir insanın tamamilə dəqiq ola bilməyəcəyini qeyd etmək lazımdır. Bu səbəbdən, heç kim 100% pozitiv və ya 100% neqativ ola bilməz. Bu xüsusiyyətlər hər birimizin içində var və hər kəs pozitiv və ya neqativ baxış bucaqlarından hansını vurğulayacağına özü qərar verir.

Bu gün neqativ insanın 5 başlıca xüsusiyyətini araşdıracağıq:

İmkansızı mümkün etməyə çalışmaq çox mənfi bir perspektivdir
Həyat imkansız şeylərlə doludur, amma bəzi insanlar bunu qəbul etmək istəmirlər. Hər zaman istədiyimizi əldə edə bilməmək məyusluqdur, lakin bu da həyatın bir hissəsidir. Bəlkə də, milyoner olaraq dünyaya gəlməyi və ya daha anlayışlı valideynlərə sahib olmağı istəyərdik. Amma bunlarla bağlı edə biləcəyimiz heç nə yoxdur. Reallaşmamış arzular bizə sadəcə hüzün və məyusluq gətirir. Eyni şey özümüz üçün imkansız hədəflər müəyyənləşdirəndə də baş verir.

Bir maneəyə rast gələndə əl çəkmək
Eynilə qeyri-mümkün hədəflər qoymağın məntiqsiz olduğu kimi bir şeyi etmək istəyəndə qarşınıza çıxan maneələrdən təsirlənib geri çəkilmək də məntiqsizdir. Uğurun əzm tələb etdiyini unutmayın.

Həyatda dəfələrlə əl çəkmək həddinə çatırıq. Ancaq əl çəkmək çətin olsa da, bacara biləcəyimiz hədəflərimizə baxanda bir seçim deyil.

Psixoloq Hilary Vaytın sözlərinə görə, əl çəkmək insanı məğlub hiss etdirir. Necə sonlandığı önəmli deyil, çətinliklərlə üzləşmək özünüzə olan inamı artırır.

Hər şeyi çox ciddiyə almaq
Kifayət qədər özünə sevgi və yetkinliyə sahib olmadıqda eqomuz çox həssas olur. Xəcalətə dözə bilmirik və özümüzü aldatmaqdan qorxuruq. Doğru və bizə həqiqətən kömək edə biləcək tənqidi qəbul etmək istəmirik.

Hər şeyi ciddi qəbul etmək həm özünüzə, həm də başqalarına qarşı mənfi hissləri artırır. Kiçik səhvləri çox ciddi qəbul etməmək təvazökarlıq tələb edir. Özünüzü axmaq kimi hiss etmək və ya səhv etmək ancaq hadisələrə layiq olduğundan çox önəm verəndə problem yaradır.

Neqativ insanlar üçün şikayət etmək bir həyat tərzidir
Hamımız bəzən şikayət edirik. Problem şikayət həyat tərzinə çevriləndə ortaya çıxır. Belə olanda görmə qabiliyyətimiz bulanır və hər şeyi sanki başqa bir ehtimal yoxmuş kimi mənfi görürük. Problemlərimizə, etmədiklərimizə və ya edə bilmədiklərimizə fokuslanırıq.

Əslində, bu, neqativ insanların inkişaf edə bilmədiklərində özlərini haqlı çıxarmaq üçün istifadə etdikləri strategiyadır. Bu zaman şikayət etmək məsuliyyətdən qaçmağa kömək edir, hədəfləri gerçəkləşdirməyi və özünüinkişafı əngəlləyir.

Müqayisə etmək və digər insanlara qarşı aqressiv olmaq
Özünüzü həmişə başqaları ilə müqayisə etmək çox mənfi bir haldır. Bu, azadlıq və fərdi şəxsiyyət əksikliyi mənasını verir.

Müqayisə edərək başqalarının etdiklərinə baxaraq öz etdiklərinizi qiymətləndirirsiniz. Bu isə davamlı qarşıdurmaya və narazılığa səbəb olur.

Bu halın ən pis tərəfi də odur ki, müqayisə edən insan özünü yüksəyə qaldıra bilmək üçün başqalarını aşağıya çəkməyə hazır olur. Çünki başqalarının möhtac və səhv olması o insanın daha yaxşı vəziyyətdə olduğuna işarə edir.

Gördüyünüz kimi, həyata yalnız mənfi baxmaq tərəqqiyə və müsbət münasibətlərə mane olan sonsuz bir narazılığa səbəb olur. Əgər özünüzdə bu mənfi duyğuları hiss edirsinizsə, dəyişməyə çalışın, neqativ biri olmaq heç kimə yaxşı təsir etmir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2388
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri