Kabus yuxular görənlər xəbərə

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 1 934
Səs ver:
(səs: 1)
Orqanizmdə bəzi problem və xəstəliklərin başlaması yuxuda kabus dolu qorxulu yuxular sindromu yarada bilər.

Viktor Lunev aşağıdakı xəstəliklərdə insanın kabus gördüyünü açıqlayıb:

- həzm, mədə -bağırsaq xəstəlikləri, qastrit, xora

"Həzm orqanlarının divarında olan iltihab, yara ağrı sindromu yaradır. Bu ağrı qıcıqları insan yuxuda olarkən də bədənə diskomfort verir və beyni rahatlamağa qoymur. Üstəlik bu xəstəliklər insanda stress, əsəb yaradır.

Bəzi nevroloji xəstəliklər də yuxuda narahat ayaqlar sindromu, qollarda ağrı, narahatlıq yaradır, insan yerində tez-tez çevrilir. Bu da beyində təşviş və qorxulu yuxular yaradır

Gecə kabusunun bir səbəbi də apnoedir. Bu zaman yatan insanda qısa müddətə, saniyəlik tənəffüs dayanması olur. Bu zaman beyində oksigen aclığı baş verir, bu da yuxulara təsir edir.

Bu problemlər yoxdursa da, insan ağır, yağlı, quru yeməklər yeyib yatanda həzm sistemi aktiv olduğu üçün beyinə oyaqlıq siqnalları göndərir, beyin dincəlmir, ona görə də yuxulara qorxulu görüntülər çıxır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri