Çılpaq yatmağın möhtəşəm faydaları

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 4 218
Səs ver:
(səs: 0)
Dəri üçün faydalıdır
Yuxu zamanı səhv parçalar seçmək dərinin nəfəs almasına mane olur. Bu dəri problemlərinin meydana gəlməsi üçün fürsət hazırlayır. Digər tərəfdən, paltar geyərkən bədənin istiliyini tarazlaşdırmaq çətinləşir. Bütün bunlar dəridə sızanaq və quruluq yarada bilər. Çılpaq yatmaq, yuxu zamanı dərinizin nəfəs almasına kömək edir.

Daha tez yuxuya gedə bilərsiniz
Araşdırmalara görə, insan bədənindəki temperatur yuxu zamanı azalır və oyandıqdan sonra yüksəlir. Çılpaq yatmaq, bu soyutma prosesini başlada bilər ki, bu da daha tez yuxuya getməyinizə kömək edə bilər.

Yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxu keyfiyyətini pozan şeylərdən biri də gecə tərləməkdir. Gecələr tərlədiyiniz zaman oyanırsınız və paltarınızı çıxarmalı və ya paltarınızı dəyişdirməlisiniz. Bu, yuxunuzu dayandırır. Çılpaq yatmaq tərləməyin qarşısını alır və gecə daha rahat yatmağınıza imkan verir. Keyfiyyətli yuxu olarsa, xüsusilə stresi azaltmaq üçün çox faydalıdır.

Özünüzü sevməyin bir yolu
Çılpaq yatmağın bir çox psixoloji faydası var. Dərinizi birbaşa yaşamaq üçün bir yol verir və bədəninizi həssaslıqla qiymətləndirmək üçün bir fürsət yaradır. Əllərinizi qollarınızın üstündə gəzdirmək və ya bir əlinizin sinənizə və qarnınıza qoymaq yatağınızda rahatlıq yarada bilər.

Kişi sperma sayını artırır
Məhsuldarlıq müalicəsi görən 656 kişi üzərində aparılan bir araşdırmada daha çox boş alt paltar geyinən kişilərin sperma sayının dar alt paltar geyinənlərə nisbətən daha yüksək olduğu qənaətinə gəlinmişdir. Çılpaq yatmağın məhsuldarlığı artıra bilcəyini sübut edən bir məlumat yoxdursa da, bu araşdırma, boş parçanın sperma istehsalı üçün faydalı ola biləcəyini göstərir.Boş parça sperma sayını artırırsa ümumiyyətlə çılpaq yatmaq daha faydalıdır.

Vaginal sağlamlığı yaxşılaşdırmaq olar
Xüsusilə qadınlar üçün çılpaq və ya heç olmasa alt paltarsız yatmaq maya infeksiyası inkişaf riskini azaldaraq vaginal sağlamlığı inkişaf etdirə bilər. Maya infeksiyaları, vaginada pH səviyyəsinin dəyişməsi, hormonal balansın pozulması və ya nəmin artması səbəbindən mayanın çoxalması müşahidə olunur. Çılpaq yatmaq vaginanın 'nəfəs almasına' imkan yaradır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri