Yaz depressiyası və ondan xilas yolları

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 410
Səs ver:
(səs: 1)
Yaz insanlarda həyat eşqini oyatsa da, bunu heç də hamıya şamil etmək olmur. Elə insanlar var ki, günəşli yaz havası onlara heç də yaxşı təsir etmir və depressiv halların yaranmasına səbəb olur. Bayırda xoş hava olduğu halda yuxudan oyanmaq, yataqdan qalxmaq istəməyənlər də olur. Psixoloqlar bunu "yaz depressiyası" adlandırırlar.
Qadınla.Com bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın AZƏRTAC-a dediyinə görə, həmin hallar əsasən keçid dövrü ilə əlaqədardır: "Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtda müşahidə edilən vəziyyətdir. Həmin halı yaşayanlarda fizioloji problemlər üzə çıxır, sinirlərdə gərginlik formalaşır. Həmin əlamətləri özündə daşıyanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanılmasını pozur. Onlarda əsəbilik, qıcıqlanma, aqressivlik, işə laqeyd yanaşma, evdən çıxmaq istəyinin olmaması, özünü daimi yuxulu kimi hissetmə əlamətləri müşahidə olunur, əhvali-ruhiyyə aşağı düşür. Xoşbəxtlik hormonu deyilən serotonin hormonunun azalması da depressiya yaranmasına səbəb olur. Geyimlərdə təzadlı vəziyyəti qoruya bilməmək də bunun səbəblərindən biridir. Təbii ki, bu, vitamin çatışmazlığı, yəni avitaminoz dövrünə də təsadüf edir. Ona görə də immun sistemi zəifləyir, bu da öz növbəsində əhval-ruhiyyənin enməsi ilə nəticələnir".
Psixoloqun dediyinə görə, həmin vəziyyət iki həftədən artıq davam edə bilər: "Havalar isindikcə qanın durulması qan təzyiqinin artmasına səbəb olur. İnsanlarda əsəb gərginliyi, depressiya, stress kimi problemlər yaranır. Yaz fəslində həmin hallarla üzləşənlər adətən məktəb və ya iş sahəsində problemlər yaşayırlar".
Müsahibimiz yaz depressiyasından qurtulmaq yollarını da göstərib. Onun dediyinə görə, depressiyadan qurtulmaq üçün gündə 7-8 sat yatmaq, həftədə ən azı 2-3 saat açıq havada gəzmək, ilıq duş qəbul etmək tövsiyə olunur: "Gündə 2-3 litr su qəbul etmək də yaz depressiyasından qorunmaq və immun sistemini gücləndirmək üçün ən yaxşı üsul sayılır. Yuxudan erkən oyanmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Günəşli havada təbiət qoynunda olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır", - deyə psixoloq əlavə edib.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri