Fobiya Nədir?

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 4903
Səs ver:
(səs: 0)
Fobiya mənşəcə yunan sözü olan "fobos” sözündəndir. Mənası qorxu deməkdir. Fobiya daha çox ürək döyünməsi, tərləmı, titrəmə, təngənəfəslik, boğulma, əzlələrdə gərginlik, baş gicəllənməsi, ürək bulanma, ağzın quruması, əllərin və ayaqların keyləşməsi və s. əlamətlərlə üzrə çıxır. Fobiya başlıca olaraq, 3 qrupa ayrılır:Aqorafobiya, Spesfik fobiya və Sosial fobiya...

1. Aqorafobiya

Aqorafobiyası olan adamlar daha çox küçə, meydab, bazar, kinoteatr, teatr, körpü, tunel və s. kimi izdihamlı yerlərdən qorxurlar. Çox vacib olduqda isə belə yerlərə ailə üzvləri və ya dostları ilə getməyi üstün tuturlar.

2. Spesfik fobiya
Özünü əsasən heyvanlara, yüksəkliklərə, qapalı və ya açıq mühitlərə, təyyarə, liftə və s. qarşı göstərir. Hətta bu fobiya qrupuna daxil olanlar bəzən qan və yara görməkdən qorxurlar.
Heyvanlara qarşı qorxunu yırtıcı heyvanlara qarşı qorxu ilə qarışdırmaq olmaz. Çünkü bu, təbii qorxdur. Digər tərəfdən, heyvanlara qarşı fobiyası olanlar bəzən adi heyvanlardan da qorxurlar. Məslən, it, pişik, kəpənək və s. kimi...

3. Sosial fobiya

Sosial fobiyası olan adamlar daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan çəkinilər. Həmçinin bu siyahıya ümumi nəqliyyat vasitələrindən istifadə etmək, qonaq qəbul etmək, əl-ələ görüşmək və s.-də daxildir.

Fobiya ruhi xəstəlik kimi...

Fobiya ruhi xəstəliklər arasında ən çox müşahidə edilən xəstəlikdir. Dünyada, demək olar ki, hər on nəfərdən birində fobiya var. Digər tərəfdən, fobiya qadınlarda kişilərdən daha çoxdur.
Fobiyadan əziyyət çəkənlər, demək olar ki, müalicə haqqında düşünmürlər. Onlar yalnız çox kriktik vəziyyətlərdə həkimə müraciət edirlər.
Yaş həddi
Fobiyalar əsasən müüxtəlif yaşyalardan sonra özünü göstərməyə başlayır. Məsələn, aqrofobiya özünü 20 yaşından, spesfik fobiya uşaqlıq yaşlarından, sosial fobiya isə yetkinlik yaşlarından sonra özünü göstərməyə başlayır.

Müalicəsi
Fobiya əsasən psixotrapiya üsulu ilə müalicə edilir. Bəzi hallarda bu müalicəni dərman müalicəsi müşayiət edir. Digər tərəfdən, müalicə konkret simptonların dərəcəsinə görə təyin edilir. Fobiyanın müalicəsi üçün stasionar şəraitə ehtiyac yoxdur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri