Ola bilsin ki, siz həyatda bəxtinizin gətirmədiyi barədə çox
düşünürsünüz. Çalışın ki, fikirinizi həyatın işıqlı tərəflərinə
yönəldəsiniz. Heç olmasa, son vaxtlar baş vermiş bir xoşagələn məqamı
yada salın. Onu hansı hissləri keçirmişdiniz? Yaddaşınızdakı həmin
epizodu mümkün qədər dolğun təsəvvür etməyə çalışın. Onu xatırlayın.
Həmin xatirədən ayrılmağa çalışmayın. Bir daha həmin məqamda duyduğunuz
qısa xoşbəxtlikdən həzz alın.
Kitab oxuyun.
Araşdırmalar göstərir ki, bu sadə mütod xüsusi relaksasiya musiqisini
dinləməkdən daha yaxşı sakitləşmətyə və yüngülləşməyə kömək edir. Amma
ən çox sevfiyiniz mövzuda mütaliə edin.
Şəraiti dəyişin.
Məzuniyyə götürün, ya da bir neçə günlüyə işdən uzaqlaşın və stress
səbəbindən uzaq qaçın. Mühiti dəyişmək və yeni təəssüratlar qazanmaq
üçün hara istəsəniz, gedin. Ən ideal seçim mineral su mənbələri olan
kurorta getməkdi. Təzə təəssüratlar qazanmaqla yanaşı, həm də
səhhətimnizə əl gəzdirərsiniz.
Ürəkaçan bir situasiyanı uydurun.
Keçmişdəki yaxşılıqları yada salmaq əvəzinə, həmin məqamları indi
təssəvvür edin. Bu məqamı ürəkdən yaşayın. Diqqətinizi nəsə gözəl bir
şeyə, çiçəyə, ya da şamın şöləsinə cəmləşdirin. Kənar fikirləri
uzaqlaşdırın. Gözəlliyi təsəvvür etməyə, yaxud ona ad verməyə çalışın,
dinməzcə ondan həzz alın. Qoy xoş hisslər sizi bürüsün. Özünüzü seyr
etdiyiniz əşya ilə bütöv hiss edin.
Ev heyvanları ilə oynayın.
Təqdiqatlar göstərir ki, ev heyvanları ilə ünsiyyət qan təyziqini aşağı
salır və ürək döyüntülərini sakitləşdirir. Lakin ev heyvanları deyərkən
heç də dördayaqlılar nəzərdə tutulmur. Akvariumdakı balıqları, qəfəsdəki
quşlar seyr etmək eyni sakitləşdirici effekt verir.
Heç nə etməyin
Eləcə boş divara tamaşa edin. Beynizi hər cür fikirlərdən təmizləyin.
Bircə fikrin də formalaşmasına imkan verməyin. Şüurunuza daxil olmaq
istəyən hər fikirlə mübarizə aparın. 15-20 dəqiqədən sonra özünüzü xeyli
yüngülləşdirmiş hiss edəcəksiniz.
Müxtəlif yeməklərin hazırlanmasına girişin.
Düzdür, heç də hamı kulinariya ilə maraqlananmır. Dadlı və faydalı
təamın hazırlanması böyük həzz verə və güclü sakitləşdirici təsir
göstərə bilər.