Psixoloq Elnur Rüstəmov: "Ümumiyyətlə hobbiləri olan insanlar sakit insanlar olurlar”
Hobbi
insanın boş zamanlarında məşğul olduğu, bəzi vaxtlar "vaxtını
öldürdüyü”, çox vaxt isə həzz aldığı məşğuliyyət növüdür. Alimlərin
araşdırmalarına görə bədbəxt insanların 38 faizinin heç bir hobbisinin
olmadığı üzə çıxıb. İnsanların bir-birindən müxtəlif hobbiləri var.
Müxtəlif kolleksiyalardan tutmuş, insan öldürməyi özünə hobbi seçən
insanların yaşadığı bir dünyada yaşayırıq. Bəs görəsən hobbilərimiz
psixologiyamızın nə dərəcədə göstəricisidir? Bu sualla Psixologiya və
Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmova müraciət etdik.
Psixoloq hobbilərin insana rahatlıq gətirdiyini söyləyib: "Ümumiyyətlə
hobbiləri olan insanlar sakit insanlar olurlar. Çünki bütün aqressiyanı,
bütün neqativ enerjini hobbilərlə çıxarırlar. Əgər bir insana nəyə görə
marka yığdığını soruşsanız bu bunu sözlə ifadə edə bilmədiyini deyəcək.
Hobbilər insanın şüuraltı situasiyasını tamalamağa yardımçı olur”.