Utancaqlıqdan qurtulmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 580
Səs ver:
(səs: 1)
Utancaqlıq günümüz də qadın və kişilərin ortaq yaşadığı psixoloji problemlərdən biridir. Bəzən bu utancaqlıq ölçüsü hədləri belə aşa bilər
Az qala hamımızın arada bir  başına gələn utancaqlıq üzündən bəzən önümüzə çıxan fürsətləri belə özünə inamımız olmadığından əldə edə bilmərik. Mütəxəssislər utancaqlığı məğlub etmənin yolları ilə əlaqədar açıqlamış olduqları məlumatları sizlər üçün paylaşırıq.

Mənfi düşüncələri silin
Biriylə tanış olduğunuz anda içinizi mənfilik örtür, "Səhv bir şey deməməliyəm, ya lağ etsə?" kimi başınızı qarışdıran düşüncələr, tənqid olunma və ya lağ edilmə qorxusu sizi maneə törədir.
Bütün bu düşüncələri yaxşıca araşdırın və obyektiv bir şəkildə nəzərdən keçirin. Həqiqətən ən kiçik səhvinizi gözlədiyinə inanırsınız? Həqiqi olun, sizi sıxıcı biri kimi görsə sizinlə söhbət etməz.

Sakit olun
Həyəcanlandığınızda hisləriniz sizi ələ keçərir və bütün idarənizi itirirsiniz. Buna bir son verin! Rahatlayın, sakin tərəfindən nəfəs alın və üzərinizdəki təzyiqi uzaqlaşdıracaq bir şeylər düşünün.

Özünüzü sevməyi öyrənin
Utancaqlıq özünə inam əskikliyindən qaynaqlanar. Başqalarının qarşısında özünüzü ifadə etməyə çəkinmənizin səbəbi özünüzü darıxdırıcı ya da buna  bənzər şəkildə hiss etməniz ola bilər. Yəni, bu demək olur ki özünüzü kifayət qədər sevmirsiniz. Özünüzə olan baxış bucağınızı dəyişdirsəniz hər şey daha yaxşılığa doğru gedə bilər. Güclü olduğunuz istiqamətlərinizi sıralayın, və ağılınızdan heç çıxarmayın.

Qorxularınızın üzərinə gedin
Unutmayın, öhdəsindən gələcəksiniz. Kiçik addımlarla irəliləyin. Məsələn, tanımadığınız birinin yanından keçərkən başınızı önə əymək yerinə gülümsəyərək keçməkdən başlaya bilərsiniz.

Lazımdırsa kömək alın
Əgər bu sadə tövsiyələr kafi olmursa bir mütəxəssisə müraciət edin. Sizə fərdi inkişafınızda güvən qazanmanıza köməkçi olacaq.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri