Qorxu zamanı orqanizimdə baş verən dəyişikliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 969
Səs ver:
(səs: 0)
Qorxu - həyatda hər bir insanın hiss etdiyi bir hissdir.

Yaşaya biləcəyimiz bir çox emosiyalar arasında məhz qorxu daha aktualdır belə ki,o daha aktual olub bizə daha çox təsir edə bilir. Qorxusuz həyat demək olar ki, mümkün deyil ,belə ki , bu hiss həyatın ayrılmaz hissəsidir. Və məhz bu səbəbdən ondan yaxa qurtarmaq mümkün deyil.

Qorxu nədir?

Qorxu - insanın başına gələ biləcəyi təhlükə zamanı yaşadığı mənfi emosional duyğu  və həyəcan hissidir. Beyin təhlükə hiss etdikdə, adrenalın tullanmağa başlayır, o isə "vur və ya qaç"reaksiyasının yaranmasına səbəb olur. Bu böyük miqdarda olan adrenalin orqanizm tərəfindən yaxşı hiss edilərərək, qaçmaq və ya dayanıb müqavimət göstərmək reaksiyası yaradır. Lakin digər hallarda bu insanda bir stupor hissi də yaradır, bu hallarda insan sadəcə keyləşərək nə edəcəyini bilmir və bu qərarı verə bilmir.Məhz bu səbəbdən bir çox insanlar qorxunu neqativ hiss sayırlar, belə ki bu hiss onların orqanizminə pis təsir göstərir.

Qorxu orqanlara necə təsir göstərir...

Gözlər. İşığın daha çox alınması üçün göz bəbəyi genişlənir. Bu vəziyyət  daha ayıq və məlumatlı olmağı təmin edir.

Ağız və boğaz. Ağız boşluğunun quruduğuna  görə həzm şirəsi mədəyə çatmır. Bədənin enerjisi qorunub saxlanılır. Boğazda olan əzələlər gərgin olduğundan udqunmaq çətin olur.

Ürək. Ürək daha tez döyünür ki, qan və oksigeni  bütün bədənə ötürsün. Bu halda qan təzyiqi də artır.

Dizlər. Adrenalinin yüksək səviyyəsinə görə dizlər hərəkətsiz olur.  Buna görə dizlərinizdə zəiflik hiss edirsiniz.

Sidik kisəsi və bağırsaqlar. Sidik kisəsi və bağırsağın əzələləri o qədər zəifləyir ki, siz dərhal tualetə gedib rahatlanmaq istəyirsiniz.

Əl və ayaq barmaqları. Əl və ayaq barmaqlarında sancma hissi yaranır belə ki onlar lazımi qədər qan almırlar.

Qaraciyər.Enerjinin artırılması üçün qlükogenin karbohidrat ehtiyatı qlükozaya çevrilir.

Mədə. Həzm şirəsinin kəskin olaraq kəsilməsi  turşuluğun yaranmasına səbəb olur, o isə mədəyə diskomfort yaradır.

Börəküstü vəz. Məhz burada adrenalın istehsal olunur.

Tər vəziləri. Maddələr mübadiləsinin  sürətinin artamsına görə bədən qızır, bədənin sərinləməsinə görə isə tər vəzləri daha çox tər ifraz edir.

Dəri. Qanın çəkilməsinə görə dəri solğun olur. Bu ağrı hissini duymazdan öncə  orqanizmin verdiyi ən əsas instikdir.

Beyin. Beyin "qaçmaq və ya dayanıb müqavimət göstərmək"reaksiyasını təyin edir.

Bunlar qorxu zamanı orqaznimdə baş verən proseslərdir. Lakin mütəxəsisslərin deyinə əsasən  qorxu ilə mübarizə aparmaq yalnız onunla üz üzə gələrək mümkündür.

 
 
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri