Özünüzü bağışlamağı öyrənin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 413
Səs ver:
(səs: 2)
Perfeksionizm yoxsa əlaçılıq sindromu?

Perfeksionist insan həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşır, məsuliyyət anlayışını qeyri adekvat dərəcədə şişirdir.
Ən çox özünə güvənən insanlar daha çox uğursuzluq yaşayanlardır. Belə ki, onlar məğlubiyyətin o qədər də qorxulu bir şey olmadığını anlamışlar.
Səhvlər bizim möhkəmliyimizi yoxlamağa imkan verir.

Perfeksionizm psixologiyada ən yüksək nəticənin olduğuna inanmaq, patoloji formada isə mükəmməl olmayan nəticəni qəbul etməməkdir. Buna bəzən əlaçılıq sindromu da deyirlər. Əlbəttə yüksək nəticələr üçün çalışmaq və nəsə əldə etmək yaxşı bir haldır. Məsələn, məşhur insanlar çox zaman perfeksionistlər olur. Yalnız bu keyfiyyət insanda kritik həddə çatarsa, sağlıq üçün təhlükəli hal belə yarada bilər. Belə ki, perfeksionist insan həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşır, məsuliyyət anlayışını qeyri adekvat dərəcədə şişirdir. Bu bir uğursuzluq qorxusudur. Nəticədə kəskin şəkildə əsəb gərginliyi yaranır və əsəb pozğunluğuna belə gətirib çıxarır.

Perfeksionizmin səbəbləri olaraq genetik amillər və tərbiyə metodları əsas götürülür. Məsələn hədsiz tələbkar, təzyiq edən və övladını şərtli sevən valideynlərin övladları əsasən bu narahatlığa düçar olurlar.

Bəs bu narahatlığı necə dəf etmək olar?
Bəzən düşüncə tərzini dəyişmək belə kifayət edə bilir. Əlbəttə insan sərbəst şəkildə narahatlıqdan qurtula bilmirsə, mütləq mütəxəssis yardımından faydalanmaq lazımdır.

Məsələ burasındadır ki, səhvlər bizim möhkəmliyimizi yoxlamağa imkan verir. Riskə gedəndə yıxılıb qalxırıq və güclənirik. Təcrübə sayəsində inkişaf edirik. Bunda bizə uğur yox, uğursuzluq kömək edir. Bu o demək deyil ki, uğursuzluq müvəffəqiyyət gətirir, yalnız uğursuzluğun olmaması hər zaman müvəffəqiyyətin olmamasıdır.

Insan uğursuzluqla qarşılaşanda özünü qiymətləndirməsi artır.

Çünki o məğlubiyyətin düşündüyü qədər faciəvi olmadığını anlayır. Perfeksionist uğursuzluqdan qorxaraq sınaqlardan qaçır, amma bu o deməkdir ki, o özünə "çətinliklərin öhdəsindən gələ bilmərəm” fikrini təlqin edir.

Psixoloqların araşdırmalarına əsasən ən çox özünə güvənən insanlar daha çox uğursuzluq yaşayanlardır. Belə ki, onlar məğlubiyyətin o qədər də qorxulu bir şey olmadığını anlamışlar.

Volter: Əla yaxşının düşmənidir.

Ceyran Həsənli
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri