Qadınların biri digərindən daha gözəl təsir bağışlaya bilir. Bəzi qadınlar özlərini daha gözəl, bəzi qadınlar daha çirkin hesab edir. Görünüşündən narazı olan qadınlar müəyyən yaş dövrlərində depressiya vəziyyətləri də yaşayırlar. Bu cür insanlarda özgüvən problemləri baş qaldırır, zaman zaman komplekslər yaranır.
Ən maraqlısı isə bu problemi yaşayan bütün qadınlarda eyni davranışlar müşahidə olunur.
Bu dəfə özünü çirkin hesab edən qadınların ümumi davranışlarını araşdırdıq:
- "Ən çox nəyimi bəyənirsən”.- deyə sualı verərlər. Bəzən bu sallarla dostlarını təngə gətirərlər.
- Tək küçəyə çıxmağa, bir tədbirə getməyə çəkinərlər. Hər zaman yanlarında kimsə olamlıdır. Mümkün qədər özlərindən çirkin birisi.
- Makyaj onlar üçün hava, su qədər vacibrir.
- Fotolarda üzlərini gözlərini büzüşdürüb şəkil çəkdirərlər. Sanki bunlar gözəlmiş də, bu cür davrananda çirkin görünürmüş.
- Sosial şəbəkələrdəki, demək olar, bütün fotoları effektli-filtirlidir.
- Əks cinslə münasibətləri çox da uzun çəkməz.
- Sevgililərinə qarşı özlərini uşaq kimi apararlar.
- Cinsi həyatları demək olar ki, yox dərəcəsindədir.