Yalana kimlər meyl edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 844
Səs ver:
(səs: 2)
Yalançı başqalarını aldatdığını zənn edər, əslində isə özünü aldadır. /Fransua Laroşfuko/

Yalan danışan zaman insan çox  vaxt gözə baxmır, əllərini  ovuşdurur, barmaqlarını oynadır, əlini  burnuna  aparır, ağzını  örtür.

"Qipertim" psixotipinə mənsub olan insanlar çox nadir hallarda yalan danışır.

Yalan danışan  zaman  insanın üzündəki  ifadə və  dediyi  sözlər  bir-birini  tamamlamır.

Təəccüblüdür, insanlar niyə yalan danışır? Onları yalan danışmağa nə vadar edir? Bəzən görürsən ki, heç bir səbəb olmadan insan yalan danışır. Bunun isə səbəbləri müxtəlifdir.

Yalan danışmaq prosesi uşaqlıq dövründən başlayır. Araşdırmalara görə, 3-4 yaşından uşaq  yalan danışmaq üçün ilk cəhdləri göstərir. Adətən böyüklər bunu görür, normal qəbul edib bir əyləncə formasına gətirirlər. Uşaq 5-6 yaşına çatanda isə yalanlar çoxalır və düşünülmüş olur. Çox  vaxt belə  hallar cəzalandırılmanın qorxusu nəticəsində baş  verir. Lakin bu yaşda cəzalanma üsulu fərqli olur. Böyüklər uşağın üstünə qışqırır, o elədiyi  hərəkətə  görə  günahlandırılır və özünü çox pis vəziyyətdə hiss  edir.

Uşaq valideynlərinin davranışını təkrarlayır, onların  yalan dediklərini görür. Bir misal  gətirmək  olar: "Hansısa bir  qohum haqqında  valideyn hər zaman mənfi fikir bildirir, lakin onlara qonaq  gedəndə  tamamilə  başqa münasibət göstərir. Bunu görən uşaq öz aləmində bu cür davranışın düzgün olduğunu  hesab edir”.

İnsanlar yalan danışır, bəzən də buna əhəmiyyət vermirlər. Hesab olunur ki, şəraitdən yaranmış   müəyyən məqamlar insanı yalan danışmağa vadar edir. Əksər hallarda öz şəxsi maraqlarının müdafiəsinə  görə, özünə diqqət cəlb etmək üçün, cəmiyyət tərəfindən gələn tənqiddən yayınmaq üçün yalan danışırlar. Bəziləri özlərinə yalanlardan ibarət olan bir dünya qururlar və bu yalana inanırlar.

İnsanlar müxtəlif  formada yalanlar danışırlar, çünki hər biri müəyyən şəxsiyyət tipinə aiddir. Yalana ən çox meylli isterik şəxsiyyət tipinə aid olan insanlardır. Onlar özünə  qarşı maraq olmadığını  hiss edəndə nəyin bahasına olursa olsun onu qazanmağa çalışır. Bu tip insanlar uydurduğu obraza o qədər alışırlar ki, öz  fantaziyalarında tam həll olurlar, ürəkdən inanırlar. Tanınmış filosof  və alim  Blez  Paskal yazırdı: "Elə insanlar var ki, yalan  danışır, sadəcə  yalan  danışmaq  üçün”.

Müəyyən  situasiyalarda "yox”  deyə  bilməyəcəyi  üzündən bəzi  insanlar özlərinə  bəraət  qazandırmaq   məcburiyyətində qalırlar.  Şizoid  şəxsiyyət  tipinə aid  olan  insanlar  tam fərqli  formada  yalana əl  atırlar. Onları  fantaziyaları  çox  uzaqlara  aparır: mistik  mövzular, uçan  boşqablar və s., çoxlu  vədlər  edirlər, sonra  isə  unudurlar. Əsl "peşəkar” yalançılar  epileptoid  tipinə  aid  olanların arasında  olur. Onlar  elə  yalan danışırlar  ki,  heç kəs hiss eləmir, özlərinin də çox güclü yaddaşı var və danışdığı  yalanları  unutmurlar. Lakin onlar  nadir  hallarda  yalan  danışırlar, çünki  az  danışan  olurlar. Fikir  söyləmədən  öncə fikirləşirlər, ölçüb -biçirlər, xırdalıqlarına qədər  əhəmiyyət verirlər. "Qipertim" psixotipinə mənsub olan insanlar çox nadir hallarda yalan danışır. Onlar yalan danışmağa ehtiyac duymurlar, çünki  cəmiyyətdə özlərini  sərbəst  hiss  edirlər və heç kimdən qorxmurlar. Və psixoastenik  tipinə  aid  olan insanlar. Onlar  çox  nadir  hallarda yalan  danışırlar. Çünki  yalanı günah olduğunu  düşünürlər. Yalan danışsalar belə, o anda  onların hərəkətlərində,  jestlərində bunu  hiss eləmək  olar.

Bəs,  yalanı  necə  ayırmaq  olar. Bu  anda  köməyimizə qarşımızdakı insanın jestləri gəlir. Bir qədər  diqqət yetirin. Yalan danışan zaman insan çox  vaxt gözə baxmır, əllərini  ovuşdurur, barmaqlarını oynadır, əlini  burnuna  aparır, ağzını  örtür. Əsəbi halda  ətrafında səliqə səhman  yaratmağa çalışır , əlində hansısa  əşyanı, ya düymələrini  oynadır, tez-tez  saçlarını  düzəldir, dodaqlarını yalayır. Əsəbləşən adam siqaret  çəkməyə, öskürməyə  də başlaya  bilər. Bütün bu  jestlər həmin  söhbətdən  yayınmaq  üçün  istifadə olunur.Təbəssümü  saxta  olur: dodaqlar  qaçır, lakin baxışlar  ciddidir. Əgər hansısa  mövzunu  müzakirə  edəndə  həmsöhbətinizin  əsəbləşdiyini, gözlərini  yayındırdığını, ağzını əli ilə  örtdüyünü, bir qədər geri (arxaya)  əyildiyini müşahidə edirsinizsə, deməli, o, bu barədə danışmaq  istəmir və ona görə də yalan deməyə hazırdı. Yalan danışan  zaman  insanın üzündəki  ifadə və  dediyi  sözlər  bir-birini  tamamlamır. Lakin  onu da qeyd  etmək istəyirəm ki, bu  dediklərimdən  nəticə  çıxararaq,  hansısa bir  jestə  görə  insana  yalançı  demək  olmaz. Bunlar  kompleks  şəklində  nəzərə  alınmalıdır. Həm insanın  jestləri, keçirdiyi  emosiyalar, verbal  reaksiyalar müşahidə olunmalıdır. Verbal  reaksiyalar, yəni insan  söhbətdən  yayınır, o barədə danışmaq  istəmir, ya da ki  verdiyi  cavablar  mövzuya aid  deyil.  Yalan danışan insan  kobudluq də edə bilər: "Mən  sənə  cavab  vermək  məcburiyyətində  deyiləm”, "Mənim  haqqımda  siz  necə  belə  düşünə  bilərsiniz”.

Ümumiyyətlə,  bu  mövzu  çox geniş bir mövzudur və  bu haqda  çox danışmaq olar. Nə qədər  məlumatımız  olsa  belə, yalanı  həmişə aşkar etmək  olmur, çünki  çox bacarıqla , "peşəkar” yalan danışanlar da var. Lakin əksər  hallarda  insana  öz  yalanlarına  nəzarət  etmək  çətindir. O,  əsəbləşir və aqressiv olur. Həmin  an  mövzunu  gözlənilmədən  dəyişəndə - düz  danışan  insanı  bu  təəcübləndirər, lakin yalan  söyləyən buna  sevinər.

İnsan   davranışını  müəyyən  bir  məqamda  düzgün  qiymətləndirmək  üçün  onun  adi  vaxtlarda  adətən  özünü necə  apardığını bilmək  lazımdır. Tanımadığımız  insanın  yalanını  aşkar  etmək çətindir.

Ümumiyyətlə,  unutmayaq  ki, "Yalan  ola bilsin, bir problemi  həll edə  bilər, amma özü ilə daha yüz  problem  gətirər...”(Uilyam Porter).
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri