Doğurdanmı uşaq vaxtı başı kecəl qırxılanların saçı gələcəkdə gur olur?

Müəllif: aliceWOnDer
Şərhlər: 10
Baxılıb: 15 891
Səs ver:
(səs: 2)
İndi saçları gur və möhkəm olan insanlara deyilən ən məşhur sözlərdən biri də "yəqin, uşaqlıqda başını çox keçəl qırxıblar” ifadəsidir. Nədənsə Azərbaycanda ən çox inanılan inanclardan biri də budur: uşaq vaxtı saçları tez-tez keçəl olunan uşaqlar gələcəkdə heç bir saç problemi yaşamayacaq və gur saçlara sahib olacaqlar.

Bu gün körpələrin saçlarının keçəl olunması adət halını alıb. Yaşı 2-3 olmadan hətta qız uşaqlarının belə keçəl gəzməsi normal hal kimi qəbul edilir. Amma uşaqların əksəriyyəti saç kəsdirmə prosesindən qorxur.

Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yanlış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edir. Ümumiyyətlə, uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz. Mütəxəssislər və uşaq psixoloqları məsləhət görürlər ki, bunun əvəzinə "saç kəsdirmək çox maraqlı və çox əyləncəli olacaq. Kəsdirdikdən sonra çox gözəl və daha qəşəng görünəcəksən” kimi ifadələr işlətməklə uşaqları həvəsləndirib ruhlandırmaq olar.

Psixoloqlar hesab edir ki, onları ağladaraq saçlarını kəsmək düzgün yol deyil: "Uşaqları saç salonlarına apardıqda kiminsə saçlarında qayçı ilə işləməsi, saçlarının birdən qısalması onları psixoloji olaraq gərginləşdirir. Saçlarının bir daha uzanmayacağı təlaşına düşən uşaqlar növbəti dəfə saç kəsiminə qarşı çıxırlar. Buna görə saçların kəsilməsini, nə üçün kəsilməsini, saçların yenidən uzana biləcəyini uşaqlara izah etmək lazımdır. Bundan başqa, alətlərin uşağın başında səslər çıxarması onları narahat edir. Saçını kəsməmişdən qabaq alətləri uşağa göstərib, onlar haqqında ətraflı məlumat vermək lazımdır. Gözəlik salonlarının insanları gözəl etmək üçün var olduğunu da izah etmək lazımdır. Uşaqların yaşı az olsa, onlara əyani formada göstərmək daha münasibdir”.

Psixoloq bildirir ki, saçlarını daim oynadan, güzgü qarşısından çəkilməyən körpələr özlərini birdən-birə keçəl gördükdə güzgüdəki "mən”i qəbul edə bilmirlər. Belə halda onların aqressiv olması normal qəbul olunmalıdır:

"Xüsusən qız uşaqlarının ilk saçları uzandıqca analar onlara rəngli rezinlər alıb saçlarını yığırlar. Rənglərə vurulan uşaqlar tez-tez güzgü qabağına keçir, özlərinin bu saçlarını əlləri, ayaqları kimi daimi hesab edirlər. Valideyn anidən saçları kəsir, hətta keçəl elətdirir. Güzgü qarşısına keçən uşaq rəngli rezinli saç yerinə tərtəmiz baş görür. O, artıq güzgüdəki  özündən imtina edir. Onu ikinci şəxs kimi qəbul edir, güzgünü vurur, güzgüdəki əksi ilə dalaşmağa başlayır. Uşaq reallığı qəbul edənə, başa düşənə qədər əsəbi, aqressiv olur. Ən yaxşısı saçlar mane olmursa, kəsdirməməkdir. Ya da qorxusu azalana kimi prosesi ona izah etməkdir”, – deyən həmsöhbətimizin sözlərinə görə, bəzən həddindən artıq izah da uşağı stressə sala bilir. Odur ki, müxtəlif zamanlarda söhbəti saçlardan salmalı, saç kəsiminin insana necə gözəl təsir etdiyindən danışmaq lazımdır.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 15 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri