Təxəyyül haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 841
Səs ver:
(səs: 5)
Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir.
Təxəyyül surətləri necə formalaşır? İnsan onları özündən yaradır, yoxsa həyatdan götürür?
Əlbəttə, təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. Lakin təxəyyülün də özünə aid xüsusiyyətləri var. Təxəyyülün qavrayış və hafizədən fərqi, bu psixi proseslərin cism və hadisələrdə gerçək mövcud olan xüsusiyyətləri əks etdirməsi, təxəyyül prosesində isə insanın xarici aləmdə mövcüd olmayan yeni surətlər yaratmasından ibarətdir. Amma təxəyyül prosesində yaranan yeni surətlər uydurma deyil. İnsan bu surətin əlamət və ünsürlərini həyatdan götürür. Hətta fantastik surətlər belə insanların adam, balıq, şir və s. haqqındakı təsəvvürləri əsasında formalaşmışdır.
Təxəyyül surətlərinin keyfiyyəti insanın təsəvvür ehtiyatının, bilik və təcrübəsinin zənginliyindən asılıdır. Bizim hər birimiz gündəlik həyatımızda çoxlu sayda təxəyyül surətləri yaradırıq. Təxəyyül yalnız şairlərə, rəssamlara deyil, bütün fəaliyyət sahələrində böyük əhəmiyyətə malikdir.

TƏXƏYYÜLÜN NÖVLƏRİ
İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır, lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyülə passiv təxəyyül deyilir. Passiv təxəyyül həm niyyətli, həm də niyyətsiz xarakter daşıya bilər.
təxəyyül-fantaziyalarNiyyətli passiv təxəyyülə misal olaraq xülyanı göstərmək olar. Xülya zamanı insan əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşhallanır, sadəcə olaraq bu prosesin özündən həzz alır; lakin onları həyata keçirmir. Passiv təxəyyül surətləri hər hansı bir təəssüratın, söz və hissin təsiri ilə niyyətsiz surətdə də əmələ gələ bilər. Əgər insanın həyat fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir.
Xülyanı xəyalla eyniləşdirmək olmaz. Xəyal – arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir. Xəyal insan həyatında mühüm rol oynayır.
Həyatla bağlı olan, hadisələrin obyektiv gedişini düzgün əks etdirərək, onu ötən xəyal həmişə insanı fəaliyyətə təhrik etmək cəhətdən çox əhəmiyyətlidir. Hadisələrin təbii gedişindən doğmayan xəyal isə insanı süsləşdirən, həqiqəti təhrif edən, həyatla heç bir əlaqəsi olmayan xülyaya çevrilir. Buna görə də insanın öz xəyal surətlərinə tənqidi münasibət bəsləyib, onları idarə etməsi zəruridir.
Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaedici və yaradıcı təxəyyül onun əsas növləri hesab olunur.
Obyektin təsvir, çertyoj, sxem, not, xəritə və s. əsasında yaradılan surətinə bərpaedici təxəyyül deyilir.
Bərpaedici təxəyyül surətlərini xarakterizə edərkən iki cəhəti xüsusilə fərqləndirmək lazımdır. Onlar ilk baxışda müəyyən təsvir əsasında yarandıqları üçün hafizə təsəvvürlərini xatırladır, lakin mahiyyət etibarilə fərqlənirlər. Bərpaedici təxəyyül surətləri qavranılan təsvirin sonra sadəcə olaraq yada salınması deyildir.
Bərpaedici təxəyyül müxtəlif fəaliyyət sahələrində olduğu kimi, təlim prosesində də mühüm rol oynayır. Şagird dərsdə bilavasitə qavranılması mümkün olmayan obyekt və prosesləri, eləcə də keçmiş hadisələri mənimsəyərkən onların surətini məhz bərpaedici təxəyyül sayəsində yaradır.
Bərpaedici təxəyyül surətləri düzgün və dəqiq olduqda xüsusilə böyük idrak əhəmiyyəti kəsb edir. Onların dəqiqliyi,  hər şeydən, əvvəl şagirdin təsviri anlamaq səviyyəsindən, dolğun təsəvvürlərə malik olmasından asılıdır. Bu surətlərin yaradılması daxili prosesdir, başqa adamlarla ünsiyyət zamanı bu surətlər əsasən iştirak etmir. Əgər şagird, tutaq ki, əsərdə təsvir olunmuş müəyyən bir əhvalatı aydın təsəvvür edə bilmirsə, bu mütaliə prosesinə bilavasitə mane olmur və o, mətnin mənasını obrazlı olmasa da, ümumi şəkildə başa düşə bilir. Bu baxımdan bir çox şagirdlərdə dəqiq bərpaedici təxəyyül surətləri yaratmaq tələbatının olmamasına təsadüfi hal kimi yanaşmaq olmaz. Müəllim bu cəhətləri nəzərə almalı, şagirdləri fəallaşdırmalı, onları dəqiq bərpaedici təxəyyül surətləri yaratmağa təhrik etməlidir.

fantaziyaYaradıcı təxəyyül fəaliyyətin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur. Yaradıcı təxəyyül surətləri müstəqil yaradılir. Hər hansı bir yazıçının yaratdığı obraz onun yaradıcı təxəyyülünün məhsuludur, bizim bu əsər əsasında yaratdığımız surətlər isə bərpaedici təxəyyül surətləri olacaqdır. Yaradıcı təxəyyül insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. Yaradıcı təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı dərk və izah etmə bacarığı, sənətkarlığı bütün aydınlığı ilə əks olunur. Yeni orijinal surətlərin yaradılması mürəkkəb və ziddiyyətli prosesdir və gərgin yaradıcı əməyin məhsuludur. Bu baxımdan uşaqların yaradıcı fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Görkəmli şair, yazıçı, rəssam, heykəltaraş və s. yaradıcı insanların yaradıcılıq tərcümeyi-halı məhz uşaqlıqdan başlayır. Ailədə, məktəbdə uşaqların yaradıcı fəaliyyətinə qayğı ilə yanaşmaq zəruridir.
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri