Şikəstliyi və ya əlacsız xəstəliyi olan uşaq hansı hissləri keçirir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 489
Səs ver:
(səs: 1)
Nəzəri cəhətdən bu uşaqlar başqa uşaqlardan fərqlənmir. Bu nəzəriyyə doğru olsa da, əlacsız xəstəliyi olan uşaqların həyata münasibətləri fərqlidir. Məsələn, qoltuq ağacı və ya araba ilə gəzən uşaqlar öz həmyaşıdlarının diqqətini cəlb edir. Bu baxışlar həmin uşağı sıxır və daim öz qüsurları haqqında düşünməyə vadar edir. Belə uşaqlara daha çox qayğı göstərildiyindən onların şəxsiyyətində fərqli xüsusiyyətlər meydana çıxır. Diqqət edin, valideynlərin belə övladlara münasibəti fərqli deyilmi? Sözsüz ki, fərqlidir. İlkin olaraq bu fərqli münasibət uşaqda fərqli hisslər doğurur. Əlacsız xəstəliyə düçar olan körpələrin valideynləri bu uşaqlara qayğını öz həyatlarında başlıca vəzifə hesab edirlər. Bu əlaqə təbii olmasa da, mən həmin valideynlərin hisslərini başa düşür və onları qınamıram. Bu valideynlərin çətinliyini anlayıb, onlara hörmətlə yanaşmaq lazımdır. Məsələn, müəllimlər hemofiliyaya düçar olmuş uşaqlardan şikayətlənərək, onların valideynlərini ifrat nigarançılığa görə qınayırlar. Bu valideynlərin nigarançılığı yersiz deyil. Əgər uşaqda kiçik bir cızıq səbəbindən təhlükəli qanaxmalar baş verə bilərsə, valideyn necə narahat olmasın?! Belə uşaqlar üçün əhəmiyyətsiz bir zədə xoşagəlməz nəticələrə səbəb ola bilər.Valideynin nigarançılığını hiss edən uşaqla valideyn arasında xüsusi bir bağlılıq yaranır.

Belə uşaqların psixologiyasını öyrənmək üçün aparılan təcrübələrdən belə bir qənaətə gəlinib ki, bu uşaqlar və onların ailələri başqalarından bir o qədər də fərqlənmirlər. Təcrübələrdən məlum olub ki, alkoqolizm və ya digər səbəbdən ailə bağlılığı zəifdirsə, qüsurlu uşaq bu ailənin daha tez dağılmasına səbəb olur. Bəzi ailələr isə bütün qüvvələrini şikəst uşaqla bağlı psixoloji mühitin dəyişdirilməsinə sərf edirlər. Bu mənada, problemli uşaqların ailələri başqa ailələrdən fərqlənir.

Belə ailələrin üzləşdikləri çətinlikləri təsəvvür etmək asan deyil. Əlbəttə onların həyatını kənardan müşahidə etdikdə qeyri-adi bir şey görünmür. Şikəst uşaqların tərbiyəsi ilə məşğul olan peşəkarlar bu uşaqlarla adi şəkildə rəftar edilməsinin tərəfdarıdırlar. Onlar şikəst uşaqla valideyn arasındakı xüsusi bağlılığı nəzərə almır və belə hesab edirlər ki, valideynin həssaslığı yersizdir. Bu peşəkarlar valideyni xüsusi həssaslığı üçün qınayırlar. Bu həssas rəftardan doğan çətinliklər ilkin olaraq valideynə problemlər yaradır. Onlar düşünürlər ki, övladlarına lazımınca baxa bilmirlər. Bəzən həkimlər valideynin həssas münasibətinə uyuşmayan məsləhətlər verirlər. Bu məsləhətlər zərərlidir. Psixoloji cəhətdən sağlam körpə problemlərə daha asan dözür. Uşağın psixoloji sağlamlığı üçün nə qədər erkən fəaliyyətə başlanılsa, bir o qədər yaxşıdır. Amma uşağın mənəvi möhkəmliyindən asılı olmayaraq onun qarşısındakı problemlərin həllində valideyn mühüm rol oynayır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri