Fobiyalar haqqında

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 6 093
Səs ver:
(səs: 1)
Fobiya Yunanca "phobos" sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi,  üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik,  boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki,  fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.
Qorxu daxilin-mənin özünəməxsus müdafiə mexanizmidir. Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki, qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki, bu da orqanizmdə hormonal partlayışa səbəb olur. Təşviş həyatda insanın üzləşdiyi qorxulu və təhlükəli vəziyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyadır. Fobiyalı təşviş pozuntuları əslində təhlükəsi olmayan situasiyalarda təşvişin yaranması ilə səciyyələnən pozuntular qrupudur. Nəticədə insan belə situasiyalardan qaçır və ya qorxu hissi keçirərək dözür.
Fobiya tutmaları müəyyən bir vəziyyət  məkan obyekt və hadisədən asılı olmayan hec bir nəzarətə uymayan qeyri rasional bir reaksiyadir. İnsanların 10%-də fobiya təsbit edilsə də əslində bunun 25%-dən çox olduğu güman edilir. Xalq arasında bu xəstəlik olmadığı düşünüldüyü üçün mütəxəssislərə müracət olunmur.
Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara "fobik" deyilir.
Fobiyanin əmələ gəlmə səbəbləri coxdur. Üzdə ən zərərsiz görünən əşya və hadisələrdə onlara yanaşmamızdan asılı olaraq fobiyaya çevrilə bilər. Çox vaxt fobiya kecmişdə hər hansı bir sarsıntının və ya şahidi olduğumuz bir travmatik hadisənin təsiri nəticəsində yaranır.
Fobiyalar əsasən  iki hissəyə bölünürlər:
- Spesifik fobiyalar
Spesifik fobiya konkret hansisa bir eşyaya, hadisəyə olan qorxudu.
- Klaustrofobiya - qapalı məkandan qorxmaq
- Akluofobiya - qaranlıqdan qorxmaq
- Qolossofobiya - ictimai yerlərdə danışmaqdan qorxmaq
- Akrofobiya - yüksəklik qorxmaq
- Araknofobiya - hörümçəkdən qorxmaq
- Noktifobiya - gecə düşməsindən qorxmaq
- Entomofobiya - həşəratlardan qorxmaq
- Agorafobiya - acıq yerdən və kücədən qorxmaq
- Bibliofobiya - kitablardan qorxmaq və.s
Qapalı məkandan qorxmaq Klaustrofobiya adlanır. Qapalı məkandan qorxunun bir nece səbəbi var. Bu əsasən genetik gələn bir qorxu olur. İnsan hec bir travma almadıqda  qapalı məkandan qorxa bilər Klaustrofobiyanin yaranma səbəblərindən biri də uşaq vaxtı valideyinlərin uşaqları qapalı məkanda cəza məqsədi ilə saxlaması durur. Bu uşaqlar böyüdükdən sonrada bu məkan yaddaşlarında əbədi iz qoyur və qapalı məkanda (lift, təyyarə və s.) ürkür, cəkinir, hec çür uyğunlaşa bilmirlər. Məkanın qorxusuz olduğunun fərqində olsalar belə nəfəs daralmaları, boğulmalar, məkanda hava qurtaracaq, havasız qalacaq kimi duşüncələr insanı rahat buraxmr.
Akluofobiya insanın qaranlıqdan qoruxmasıdır. Uşaq vaxtı uşaqa danışilan qaranlıq hekayələr qorxu filimləri nəticəsində meydana gəlir. Bu insanlar qaranlıqda onlara hücum edecək bir varlıq varmış kimi hiss edirlər. Daha çox uşaqlar qaranlıqdan qoruxurlar. Bu vəziyyəti aradan qaldırmağın yollarından biri ilk olaraq uşaqları erkən yaşlarından yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirmək lazımdır.
Yüksəklik qorxusu Akrofobiya adlanır. Fobiyanın dərəcəsindən asılı olaraq akrofobiyası olan bir insan binanın hündür mərtəbəsində olmaqdan pilləkən çıxmağa qədər yüksəkliyi olan bir cox şeydən qorxurlar. Belə insanlar yüksəkiyə qalıxdıqca panikaya düşür və ətrafında tuta biləcəyi bir şey axtarırlar. 
Küçədə və ya hər hansi bir meydan, bazar, teatr, kino, tünel və s. kimi yerlərdə qorxu pristupu baş verərsə onda aqorafobiya - küçədən, açıq yerdən və ya kütlədən qorxmaq kimi fobiyalar yarana bilər.
- Sosial fobiyalar 
Sosial fobiyası olan insanlar başqalarının yanında kiçiləçəklərini ya da utanmalarına səbəb ola biləcək əlamətlərlə üzləşəcəklərindən qorxurlar. Belə insanlar başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.
Sosial fobiyalı insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.Hər on nəfərdən birində həyatın müxtəlif dövrlərində sosial fobiyaya rast gəlmək mümkündür. Bu vəziyyət şəxsiyyət xüsusiyyəti kimi qiymətləndirilir.
Sosial fobiya gənclər arasında ən cox yayılmlş fobiya növlərindəndir. Sosial fobiya utancaqlıqdan ayırd edilməlidir. Hər bir insan yeni məkana girərkən narahatçılıq kecirdir. Bunun sosial fobiya adalandıra bilmək ücün belə insanlar hər zaman sosial mühitdən qacmağa çalışır  və bu vəziyyət gündəlik həyatına ciddi təsir edir.
Sosial fobiyanın əlamətləri:
- Üz qızarması
- Ürək döyünməsi
- Əzələlərdə gərginlik
- Əl titrəməsi
- Sinədə sıxıntı hissi
- Həddən artıq tərləmə
- Mədədə rahatsızlıq hissi
- Baş ağrısı
Qorxu yaratmayacaq əşyaya və ya hadisəyə qarşı qorxunun yaranması insanın yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan qaçmasıdır. Vacıb olan qorxunun üzərinə getməkdi. Fobiyanın yaranma səbəbindən asılı olmayaraq yeganə və ən düzgün müalicəsi psixoterapiya yolu ilə mümküdür.
 
NƏRMİN VƏLİYEVA
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri