Heç nə etmək istəmirsinizsə, Oblomov olma ehtimalınız var

Müəllif: Miss_Oxatan
Şərhlər: 4
Baxılıb: 2 963
Səs ver:
(səs: 2)
Bir mövcudluq faciəsi olan Oblomovluq şüurlu tənbəllik halıdır. Bu heç cahillik demək deyil, tam əksinə, daha çox bilməklə bağlı olan, hər məsələnin bir addım sonrasını görə bilən bir vəziyyətdir. Yəni sizi sonunu gördüyünüz yolda addımlamaq istəmirsiniz və tükənmiş hiss edirsiniz. Belə halda da özünü doğrulda bilməmək və hər şeydən şüurlu imtina etmək halına düşürsünüz. Buna ölümə bərabər keylik də deyilir, bir sözlə yaşayarkən ölmək.
Oblomovları bu cür xarakterizə etmək olar:
Oblomovları dünyada baş verən heç nə maraqlandırmır və tamamilə ətalət içindədirlər.
Bu vecsizliyin səbəbi həm obyektiv mövqe, həm də əxlaqi inkişafdan qaynaqlanır.
Onlar hər hansı bir şeyi etməyə vərdiş etməyiblər. Buna görə də nəyi edib-etməyəcəklərini müəyyən etməkdə çətinlik çəkirlər və çox hallarda işdən boyun qaçırırlar.
İstəkləri hər zaman xəyali olur və istək olaraq da qalır.
Xəyal qurmağı çox sevirlər və xəyallarının həqiqətlərlə toqquşmasından çox qorxurlar.
Bütün Oblomovların hər birinin özlərini alçaltmaqdan xoşları gəlir, amma bunu qarşısındakı adamdan tərif almaq üçün edirlər.
Bütün bu insanlarda ortaq olan bir başqa xüsusiyyət də onlar üçün hər şeyin səthi və xarici olmasıdır, şəxsiyyətlərinin dərinliklərində kök salmış heç bir şey yoxdur.
Etdikləri heç bir şeyi həqiqətən istəyərək etmirlər. Nə edirlərsə xarici zərurətlərin məcburiyyətiylə olur.
Oblomovlar həyatda hər şeydən şikayət edirlər. Onların dəstəklədiyi yeganə şey həyata qarşı laqeydlik, vecsizlikdir.
Onlara bunu soruşun; Yaxşı, siz cəmiyyətdə bunları bunları bəyənmirsiniz. Bəs bütün bunların belə olmaması üçün nə etməliyik? Əmin olun ki, reaksiya verməyəcəklər. Çünki bu barədə heç bir fikirləri yoxdur.
Onlardan heç bir şey gözləməyin, çünki hamısının üstündə Oblomovluğun silinməz izləri var…
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri