Xoşbəxtliyinizin açarı 7 sözdədir

Şərhlər: 3
Baxılıb: 3 501
Səs ver:
(səs: 1)
İstənilən söz insanın əhvalını 180 dərəcə dəyişə bilər. Buna görə də, qarşınızdakı insanlara və özünüzə nələrisə deyəndə seçdiyiniz sözlərə diqqət etsəniz karlı çıxarsınız. Xüsusilə də, xoşbəxt olmaq niyyətindəsinizsə. Elə isə, yaxın əyləşin və diqqətinizi bizə verin. Çünki bu yazımızda sizin üçün xoşbəxtliyinizin açarı olan, hər gün söyləməli olduğunuz 7 söz haqqında yazırıq. 

Yox!
Bəzən işiniz başınızdan aşır amma həmin an xətrinə dəymək istəməyəcəyiniz sevdiyiniz bir insan sizdən onun üçün nəsə etməyinizi istəyir. Sizin isə dodaqlarınızın arasından yox demək əvəzinə hə sözü çıxır. Bununla da özünüzü əməlli-başlı stressə salırsınız. İş yükünüz artır, yuxusuzluq yaranır və tükənmə sindiromu yaşayırsınız. Bütün bunları yaşamamaq üçün elə əvvəlcədən yox deməyi bacarın. Bu zaman görəcəksiniz ki, həyatınız daha rahatdır, öz öhdəliklərinizdən başqa kiməsə öhdəliyiniz yoxdur və ən əsasi özünüzü borcunuz varmış kimi hiss etməyəcəksiniz. Xoşbəxtliyə ilk addımı bir "yox”la ata bilərsiniz.

Mən bacardım!
İş həyatınızda yəqin ki, rastlaşmısınız, bir işi uğurla edərsiniz, amma digəri o işi öz ayağına yazar. Sizə isə sadəcə uzaqdan baxmaq qalar. Bunun qarşısını almaq öz əlinizdədir. Biz bacardıq, biz etdik deməyəcəksiniz. Çünki komanda anlayışı onlar üçün uzaq anlayışdır. Bu səbəblə də, yaxşı, uğurlu bir iş edərkən bir addım önə çıxın və qururla deyin: "Bunu mən bacardım!”
İstədiyim maaş XX manatdır!
İş həyatının ən gözəl hissəsi maaşın artmasıdır. Onsuz da siz özünüz etdiyiniz işin hansı dəyərə sahib olduğunu bilirsiniz. Bilmədikdə isə kiçik bazar araşdırması edirsiniz. Və məlum olur ki, əslində az maaş alırsınız. Və cəsarətinizi toplayıb gedib müdirə nə qədər maaş istədiyinizi deməlisiniz.

Təşəkkür edin!
Burada iki cür təşəkkürdən söhbət gedir: ya kompliment eşitdiyinizdə, ya da ki, tənqid edildiyinizdə. Birincini etmək çox asandır. İkinci isə nisbətən çətindir. Əgər sizi təndiq edən insanlara təşəkkür etsəniz bu, sizi daha yaxşı yerlərə aparacaq. Və uzun müddətlik duyğularınız daha xoş niyyətli olacaq.

Özünüzü gözəl hiss edin!
Gəlin etiraf edək ki, ətrafımızda həmişə bizdən daha gözəl hiss etdiyimiz kimlərsə olacaq. Amma özümüzə etiraf edərkən istifadə etdiyimiz sözlərin rolu çox böyükdür. Buna görə də özünüzə gözəl olduğunuzu, özünüzü cəlbedici hiss etdiyinizi söyləyin. Bu, sizdə böyük dəyişiklik yaradacaq və daha pozitiv olacaqsınız.

Xoşbəxt deyiləm!
Xoşbəxt olmaq istəyi insanlar arasında artıq bir vəzifəyə çevrilib. Hamı xoşbəxt olmalıdır deyə bir anlayış yoxdur. Amma hamı xoşbəxt olmaq üçün çalışmalıdır. Siz də özünüzü xoşbəxt hiss etməyəndə xoşbəxtsiniz kimi rola girməyin. Özünüzə qarşı dürüst olun. Bu, siiz rahatladacaq. Eyni zamanda da xoşbəxt olmadığınız zamanlar daha da artmamış bir peşəkardan kömək alın. 

Şükür edin!
İstəklərimiz bitmir ki, bitmir. Həm də, istəmək gözəldir, həyat enerjimizin yerində olduğunuz, ümidlərimizin yeniləndiyini göstərir. Əgər istəkləriniz yerinə yetmirsə və gerçəkləşməyən istəkləriniz üçün də pis olursunuzsa bunun çıxış yolu şükür etməkdədir. Özünüz üçün bir şükür listi hazırlayın və həyatınızda şükür edəcəyiniz məqamları yazın. Və hər gün daha çox şükür edin. Bu sizi müsbət enerjilə təmin edəcək və daha xoşbəxt olacaqsınız.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri