İmtahan yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsidir.
Psixoloji tədqiqatlar sübuta yetirir ki, imtahandan
uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək,
özgüvəni artırmaq vacibdir.
İmtahan stressi necə meydana çıxır?
Stresi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə
uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və
istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressinin
inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya
iztirablardır.
Məzunların anketləşdirilməsi nəticələri göstərir ki,
imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və ishal
meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi
həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman
imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə
olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki
imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən
xatirələr narahat edir.
Stress insan psixikasına neqativ təsir göstərir. Bu,
hafizənin pozulmasına, nitqin çətinliklə ifadə olunmasına, məşğələlərə
qarşı yoğunluq və dözümsüzlük kimi təzahür edir. Stressin nəticəsi
olaraq beyin yarımkürələrinin harmonik işi pozulur.
Sakit insan üçün narahatlıq daşımayan situasiyada
beyin yarımküləri biri digəri ilə razılıq şəraitində işləyir. Sol
yarımkürə məntiq və analizə cavabdehlik daşıyır, sağ yarımkurə isə
emosiya və obrazlarla məşğul olur. Sağ yarımkürənin dominantlıq etdiyi
şəxslərdə stress zamanı məntiq «itir», məsələləri həll etmək qabiliyyəti
«dağılır». Sol yarımkürələrin dominantlıq etdiyi şəxslərdə isə
obrazlar, məntiqli nitqlə bağlı hər şey "məhv olur”. Təsadüfi deyildir
ki, uğursuz imtahan və ya uğursuz sınaqdan sonra imtahan verən
şəxslərdən bu sözləri eşitmək olar: «elə bil yaddaşını pozulmuşdu» və ya
«söz tapa bilmirdim». Bu sözlər beyində gedən prosesləri dəqiqliklə
təsvir edir.
İmtahan stressinin əlamətləri hansılardır?
İmtahan bütün sinir-əsəb sistemi üçün ciddi sınaqdır. Stress zamanı bir qayda olaraq, aşağıdakı əlamətlər meydana çıxır:
- güclü narahatlıq hiss olunur;
- imtahan verən şəxs situasiyaya nəzarət edə bilmədiyini və problemlə bacarmadığını hiss edir.
Stress vəziyyətinin daha dəqiq əlamətləri aşağıdakılardır:
- güclü ürəkdöyünmə;
- tərləmənin artması;
- qıcıqlanma;
- güclü yorğunluq hissi;
- iştahanın itirilməsi;
- baş ağrıları.
Eyni zamanda yuxusuzluq, miqren, həzm prosesinin
pozulması, özünühissetmənin pisləşməsi və emosional boşalma, relaks
qabiliyyətsizliyi meydana çıxa bilər.
Stress eyni zamanda depressiya yarada bilər. Bu zaman
insanda əhval dəyişikliyi, iştahanın pisləşməsi, yuxunun pozulması,
özünüqiymətləndirmənin aşağı enməsi müşahidə oluna bilər.
Bir faktı da qeyd edək ki, imtahan önü stresin müsbət
tərəfləri də var. Az dozada o vacib şərtdir, belə ki, təhlükəyə qarşı
adekvat davranış yaradır, orqanizmə əlavə adrenalin verir, bizi lazımi
formada saxlayır.
İmtahanönü stress vəziyyəti ilə necə mübarizə aparmaq olar?
İlk növbədə, stress vəziyyətinin fizioloji
təzahürlərinə diqqət yetirilməlidir. Bir qayda olaraq, bu, tənəffüsün
çətinləşməsi, yüngül titrəmə, bədənin ayrı-ayrı əzələlərində gərginlik
(qarın, üz və s.) kimi meydana çıxır. Nəfəsalma ritmini normallaşdırmaq
üçün sadə tapşırıqlar kifayətdir: bir neçə dəqiqə ərzində asta və
dərindən nəfəs almaq vacibdir. Ən isti havada belə bəzən titrəməni
aradan qaldırmaq üçün imtahan prosesində məktəblilərə isti üst geyimi
vacib olur.
Bəzi məktəblilərə «kollektiv» qorxu paralizedici təsir
bağışlayır, buna görə də onları təkliyə çəkmək lazımdır: bir kənara
çəkilmək, dəhlizdə gəzinmək, pəncərədən baxmaq və s. İmtahan günü həkim
məsləhəti olmadan dərman qəbul etmək arzuolunan deyil.
İmtahanönü həyəcanı ən çox gülüş azaldır. Əgər imtahan
əvvəl azacıq da olsa gülmək imkanı varsa, bu, həyəcanın azalmasına
xidmət edir.