Stresi həyatımdan necə çıxarım?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 696
Səs ver:
(səs: 1)
1- Əvvəl potensialınıza inanın!
Əvvəlcə nələri edə bilməyəcəyinizi düşünürsünüz? Ya da nələri daha yaxşı edə bilərsiniz? Bunları təyin edin. Özünüzə bir rol model seçin və davranışlarını müşahidə edin. Ən vacibi də özünüzə hədəflər təyin edin və onlara çatın. Təyin edəcəyiniz hədəflərə çatmaq özünüzə etibarınızı artıracaq.

2- Optimist olun!
Mənfilikləri şərh tərziniz çox vacibdir, pessimist fərdlər pis şeylərin tək onların başına gəldiyinə inanma meylindədir. Yaxşı ssenarini düşünün və özünüzə etibar edin. Pessimist insanlar müvəffəqiyyəti xarici faktorlara bağlamağa meyllidir, müvəffəqiyyətlərinizdə layiq olduğunuz etibarı sahiblənin. Böyük şəkilə fokuslanan bir dünyagörüşü əldə edin, çətinliklər sonsuza qədər çəkməz.

3- Hədəf mərkəzli hərəkət edin!
Özünüzə dəqiq hədəflər qoyun və plan etməyə diqqət edin. Planlara bağlı qalmaq da olduqca vacib, çətinliklər sizi işləri təxirə salmağa, gecikdirməyə və hətta yarım buraxmağa sövq edə bilər. Plana sadiq qalmaq bunun qabağına keçəcək.

4- Dəyişməyə uyğunlaşma edin!
Dəyişən vəziyyətlərdə əsnəyə bilmək, buna istəkli olmaq və nəticəyə çatmaq üçün alternativ yollar tapmaq lazımdır. Dəyişməyə uyğunlaşma hadisələrə qarşısındakı tutumunuzun bir nəticəsidir. Prioritetli olaraq dəyişmənin müsbət bir şey olduğunun fərqinə varmaq və bəzən dəyişmənin lazımlı olduğunu qəbul etmək vacibdir.

5- Yenilikçi olun!

Çətinliklərlə başa çıxmanın lazımlı olduğu bir çox vəziyyətdə həll edilməsi lazım olan bir problem vardır, yenilikçilik, sizə problemini həll etmək üçün fərqli yollar tapa bilmənizi təmin edər. Var olan vəziyyətin fərqinə varın və problemi doğru bir şəkildə təyin edin. Doğru məsuliyyətləri boynuna götürün. Dəyişdirə bilməyəcəyiniz vəziyyətlər üçün kədərlənmək yerinə dəyişdirə biləcəyiniz şeylər üçün hərəkətə dolan. Variantlar çıxarın, bu variantları qərar vermə ölçütlerinizi istifadə edərək qiymətləndirin və ən uyğun həlli tətbiq edin.

6- Çətinliklərin üstünə gedin!

Çətinlikləri, aşılması lazım olan mənalı vəzifələr olaraq görməyə çalışın. Çətinliklər, öyrənmək və inkişaf etmək üçün yol göstəricidir, bunu xatırlayın. Keçmişdə öyrəndikləriniz haqqında düşünün, bu təcrübələrin sizi necə inkişaf etdirdiyi düşünün. Özünüzü məcbur edin və rahatlıq sahənizdən çıxın. Səhv etməkdən çəkinməyin. Səhv etmək də öyrənmənin bir parçasıdır, xatırlayın.

7- Duyğularınızı idarə edin!
Mənfi düşüncələr mənfi duyğuları da tətiklər və mənfi duyğuların nəzarət edilməsi çətindir. Bu səbəblə düşüncələrimizi nəzarət etmək və mənfi düşüncələri zehinimizdən çatdırmaq duyğularımızı nəzarət etmək üçün açar xüsusiyyətindədir. Bunun xaricində dərin nəfəs almaq, müsbət xəyallar qurmaq və fiziki məşq etmək də işə yarayacaq.

8- Dəstək axtarın!
Çətinlikləri aşmaq üçün fərdi potensialımızı istifadə edə bilərik ancaq bütün çətinlikləri tək başımıza sinə gərmək məcburiyyətində deyilik. Problemləri başqaları ilə paylaşa bilmək hər şeydən əvvəl romantik bir rahatlama təmin edər. Bu səbəblə dəstək axtarışa istəkli olmaq, əlaqə şəbəkənizi təsirli bir şəkildə qiymətləndirmək olduqca vacibdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri