Süngər Bob körpələrə neqativ təsir edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 157
Səs ver:
(səs: 1)
Psixoloqlar böyüklərin və uşaq auditoriyasının sevimli ulduzuna çevrilmiş dəniz süngəri Bobu uşaqların əxlaqına mənfi təsir göstərməsində və uşaqlarda konsentrasiya qabiliyyətinin pisləşməsində ittiham edirlər.

Yeni test yoxlamaları göstərdi ki, bir neçə dəqiqə ərzində Süngər Bob haqqında cizgi filmini izləyən 4 yaşlı uşaqlar, ağıllı verilişlər izləyən uşaqlardan fərqli olaraq, məsələlərin həllində çətinlik çəkir və daha çətin konsentrasiya olurlar.

Alimlər bunu uşaqların sevimli cizgi film qəhrəmanlarının davranışlarını xaotik olaraq təqlid etməsi ilə izah edirlər. Həmçinin mütəxəssislər əmindirlər ki, belə cizgi filmlərində kadr dəyişkənliyi tez-tez olur və daha az məntiqli olur, bundan da, uşaq psixikası çox qıcıqlanır.

Alimlər valideynlərə bildirirlər ki, bu kimi cizgi filmlərinin "imkanlarını" bilmək vacibdir, axı onlar uşaqların təhsil alma və özünə nəzarət etmə qabiliyyətlərinə mənfi təsir göstərir Mütəxəssislər əmindirlər ki, belə cizgi filmlərini izləyən uşaqlardan gündəlik həyatda normal davranış gözləmək çox çətindir.

Buna görə də psixoloqlar valideynlərə məsləhət görürlər ki, uşaqları üçün cizgi film seçiminə çox ciddi yanaşsınlar və daha sakit məşğuliyyətlərə üstünlük versinlər.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə xristian yevangelist kilsəsi də Süngər Bobu insanlara mənfi təsir etməsində təqsirlədirmişdi.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri