Bu gün hər şeyi dəyişdirmək üçün gücünüz var

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 327
Səs ver:
(səs: 0)
Həyat hamımızın qarşısına zaman -zaman çətinliklər çıxardar. Kimsənin ömürü elə güllük gülistanlık keçmir. Çöldən çox yaxşı deyə düşündüyünüz həyatların içlərində nə sızılar olduğunu kimsə bilmir. Ona görə etina etmək yerinə öz həyatımızı necə daha yaxşı hala gətirəcəyimizi düşünməliyik.

Sevmək həyatı gözəlləşdirən əhəmiyyətli təməllərdən biridir əslində… İnsan bu həyatda mütləq sevməli və sevilməli ancaq həyatınızda sevmir və ya sevilmirsinizsə, bir yerlərdə səhv edirsiniz deməkdir. Oturduğunuz yerdə, əlinizi -qolunuzu oynatmadan kimsəylə tanış ola bilməyəcəyinizin fərqinə varmalısınız. İctimailəşmək, insan arasına qarışmaq, dostlarınızla, yoldaşlarınızla birlikdə olmaq, yeni insanlarla tanış olmaq üçün yaxşı bir üsuldur.

Qarabasma kimi gəzməyin, görünməz olduğunuz müddətcə sizi kimsə görməyəcək.
Hansı mövzuda narahatlıq edirsinizsə, nələr haqqında pis düşünürsünüzsə, onlar sizin ağılınızdakı və həyatınızdakı qandallar deməkdir; xilas olun!

Mənfi düşüncələrdən xilas olmanın ən yaxşı yolu isə sevdiyiniz şeyləri etmək, xoşbəxt olduğunuz şeylərə adabta olmaqdır. Əgər heç bir şey tapa bilmirsinizsə, küçə heyvanlarını doyurun, ac birinə kömək edin, yaşlı bir insanın qarşıdan-qarşıya keçməsinə köməkçi olun. Başqalarına kömək etmək xoşbəxt olmanızı təmin edər və xoşbəxtlik ətrafınıza saçdığınız möhtəşəm bir enerjidir.

Həyatınızda xüsusi birinin olmamasının səbəbləri arasında özünüzlə üzləşməmək əhəmiyyətli bir yer tutar. İnsanın özünə qarşı dürüst ola bilməsi və o iç hesablaşmağı edə bilməsi isə ən çətin bacardığı tutamlar arasındadır.

Bir reaksiyanı, bir tutumu, bir hərəkəti etdikdə düşünüb səbəbini tapa bilsəniz, özünüzə qarşı dürüst ola bilsəniz, bu özünüzü tanımaq üçün ən yaxşı yoldur. Özünüzü tanışınız dərəcədə özünə inamınız artar və səmimiyyətiniz…

Bunlar sizə gülümsəmək, nə istədiyini bilmək və hərəkətə keçmək üçün imkan verən qapılardır əslində. Şəffaflaşdıqca, gülümsədikcə, inandıqca və sevməyə hazır olduqca, sizi sevə biləcək insanı özünüzə çəkərsiniz.

Axışına buraxdığınızda, divarları qaldırıb həqiqətinizlə üzləşə bildiyinizdə, həyatın sizə nələr təqdim edə biləcəyinə çaşarsınız. İndi başlayın, bu gün hər şeyi dəyişdirmək üçün gücünüz var..

Eşqmi? Səbəb olmasın? Siz buna layiqsiniz...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri