İntiharın səbəbləri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 5 867
Səs ver:
(səs: 0)
İntiharın səbəbləri kimi daha çox – cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.

Depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.

İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

Psixiatrik xəstəliklər
qormayın yanınızdayıq - problemsiz
QORXMAYIN! BİZ YANINIZDAYIQ… Konsultasiyadan qeydiyyat üçün tıklayın..
Sosial səbəblər
Psixoloji səbəblər
Bioloji səbəblər
Genetik yaxınlıq
Fiziki xəstəliklər
Psixiatrik səbəblər. İntihara səbəb olan psixiatrik problemlər bunlardır:

Depressiya
Şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur
Spirtli içkilərdən istifadə
Narkotik maddələrdən asılılıq
Şəxsiyyət pozuntusu
Yüksək həyacanlılıq
Sosial səbəblər. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur. Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd etmişdir:

Eqoistik intihar – öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
Anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir. Məsələn, hər iki dünya müharibəsində bütün Avropa ölkələrində intihar faizi digər dövrlərə görə çox artmışdır.
Alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendesiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.

Psixoloji səbəblər. Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.

Bioloji yaxınlıq. Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.

Ailəvi yaxınlıq. Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.

Fiziki xəstəliklər. Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur.

Risk faktorları
Ailəvi risk faktorları (parçalanmış ailələr, istismar, ünsiyyət pozuntuları- düzgün münasibət qura bilməmək)
İntihar düşüncələri və keçmiş cəhd
Stressli həyati hadisələr (ayrılıq, itki, travmatik yaşantılar)
Anlaşmazlıq, ixtilaf
Uğursuzluq
Ailədə və yaxud yaxın əhatədə intihar cəhdlərinin olması
Davranışla əlaqədar göstəricilər

Psixi pozğunluq əlamətlərinin olması
Ölüm riski olan dərmanlardan kiçik dozada istifadə
Son altı həftə içində ünsiyyətdən çəkinmə, özünəqapanma
Cinsi həyatla maraqlanmama
İctimai təsirlərdən uzaq durma
Sevdiyi əşyaları dost-tanışa paylama
Tez-tez ölümdən söhbət etmə
İntiharla əlaqəli hisslər

Dərin kədər və ümidsilik
Nifrət
Peşmançılıq
Təhrikedici davranışlar
İntihardan qoruyucu faktorlar

Problemi həll edə bilmə bacarığının üzə çıxarılması
Çətinliklərin öhdəsindən gəlmə bacarığının inkişaf etdirilməsi, dəstəklənməsi
İdman və ictimai fəaliyyətlərdə iştirak
Yaşamaq səbəblərinin tam dərk edilməsinə yönəltmək (öz məsuliyyətlərinin fərqinə varma)
Uşaq və gənclər intihar etməkdəm qorxursa, sosial əhatinin fikrini nəzərə alırsa ya da əxlaqi maneələri düşünürsə, bunların fərqinə varması dəstəklənərək də kömək ola bilər.
Səbinə Məmmədzadə
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri