Yanınızdakı yalançını yaxşı tanıyın

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 133
Səs ver:
(səs: 0)
Ətrafınızda günahkar olduğunu bilə-bilə bunu gizlətməyə çalışan çox sayda insan ola bilər. Belə insanlar hansısa xeyir əldə etmək, yaxud ətrafın diqqətini cəlb etmək üçün hər yalana əl atarlar. Hər hansı bir mövqe əldə etmək üçün belə, çəkinmədən yalan söyləyə bilərlər. Onlara mitoman deyilir. Xəstəliyin adı isə mitomaniyadır.

Mitomaniya - insanlarda öz söylədiyi yalana inanma xəstəliyidir. Bu cür xəstələr səhvlərini ört-basdır etmək üçün davamlı şəkildə yalan danışırlar. Bir müddət sonra isə söylədikləri yalanlara özləri də inanmağa başlayırlar. Vaxt keçdikcə öz vicdanlarından uzaqlaşmağa başlayırlar və həqiqətə çatmaq məqsədi ilə yalan söyləməyə davam edirlər.

Mitoman insanlar üçün yalan söyləmək artıq bir həyat tərzinə çevrilir. Danışdıqları yalanlar ortaya çıxdıqda isə özlərini günahkar hiss etmirlər. Çünki onlar üçün yalan danışmaq adi bir davranışdır. Bu cür insanlar səssizliyi sevmirlər. Olduqları mühitdə yalan və şişirdilmiş söhbətlər edərlər. İlk vaxtlarda bu adamların danışdıqları yalanlar asanlıqla anlaşılmaz. Ancaq yalanları bir-bir ortaya çıxdıqdan sonra ətrafındakıların inamını itirirlər. Belə insanlar həqiqi xoşbəxtliyə çata bilmədikləri üçün mütəmadi olaraq iş yerini və dost çevrəsini dəyişirlər. Onların yalanlarını düzəltmək kimi məqsədləri olmur, peşmanlıq hissindən də məhrumdurlar. Əgər bir şəxs yalan dedikdən sonra peşmanlıq hissi keçirirsə, deməli, o, mitomaniya xəstəsi deyil.

Mitomaniyanın xüsusiyyətləri nələrdir?

Mitomaniyadan əziyyət çəkən insanlar danışdıqları yalanın fərqində olurlar. Ancaq bəzən öz yalanlarına qapılırlar. Buna görə yalanı daha təsirli şəkildə təqdim edirlər. Mitomanlar əsasən aktiv və ictimai şəxslər olurlar. Bəzən insanların sevimlisi də olurlar, ətrafdakılar onları çox istəyir. Lakin yalanlarını ifşa etdikdə aqressiv və küsəyən olurlar.

Uşaqlıqdan yetkinlik dövrünə qədər olan müddətdə yaranan mitomaniya insanda yalan söyləmək üçün güclü bir istək yaradır. Yalan söyləmək üçün israr etmək, bunu bilərək və istəyərək etmək mitomanlıq üçün kifayətdir. Həmin insan yalan danışmaqdan böyük həzz alır, bu, onun üçün ən böyük şəxsi qazanc sayılır.

Mitomanlar sadə və lazımsız şeylərə görə yalana əl atırlar. Əsla başqalarını aldatmaq üçün yalan danışmırlar. Yalanlar təsadüfən, öz-özünə yaranır, bunun üçün bir plan qurmurlar. Bu xəstəlikdən əziyyət çəkən insanların ən böyük problemi dostları ilə olur.

Bəs mitomaniya necə müalicə edilir?

Bu insanlar özlərində problem olduğunu düşünmədikləri və qəbul etmədikləri üçün müalicə almaq istəmirlər. Onların xəstəliyini əsasən yaxınları ortaya çıxarır və müalicə olmaları üçün razı salmağa çalışırlar. Təbii ki, bunu edərkən yumşaq davranmaq lazımdır, həmin insan incitmək, qəlbinə dəymək olmaz. Müalicə əsnasında psixiatrlar əvvəlcə xəstəni tanımaq və niyə yalan danışdığını aydınlaşdırmaq istəyirlər. Söhbətlər əsnasında güvən formalaşdıqdan sonra xəstənin əskik duyğuları və özgüvəni bərpa edilir. Yaxşı müalicə olunduqda, xəstəliyin yenidən təkrarlanması ehtimalı çox azdır. Təkrarlandıqda isə bu dəfə xəstə özü bunun fərqinə varacaq və yenidən müalicə almaq istəyəcək.

“Mitomaniyaya zəmin yaradan psixoloji problemlər bunlardır:

Şəxsiyyət pozuntuları
Narsistik pozuntular
Asosial şəxsiyyət tipi
Uşaqlıq dövrlərində istismara məruz qalmaq
Histerik şəxsiyyət tipi
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri