Payız depressiyasına tutulmusunuzmu? -TEST Psixoloq açıqlaması

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 699
Səs ver:
(səs: 0)
Yay bitir. İstirahət günləri, tətillər yerini məsuliyyətli və gərgin günlərə verir. Fəslin və gündəlik rejimin dəyişməsi isə bir çox həssas insanlarda psixoloji problemlər yaradır. Payız özü ilə bərabər depressiyanı da çəkib gətirir.

Ümumiyyətlə payız depressiyası varmı? Yoxsa payızı bəhanə edirik?.


Suallarla bağlı psixoloq Elnur Rüstəmova müraciyyet edilib.

O bildirdi ki, payız depressiyası müəyyən problem yaşayan və işləri qaydasında olmayan insanlarda özünü daha çox biruzə verir:

"Bir müddət onların əhval-ruhiyyəsi dəyişir, iştahası küsür, həyatdan məmnun olmurlar, daha çox yatırlar, özlərinə və pessimistliyə qapılırlar. Psixoloji dəstəyi olmayanlar bu vəziyyətdən dah gec çıxırlar. Bəzi insanlar isə ətraf mühitə adaptasiya olmağa çalışırlar. Buna görə də depressiv vəziyyətdən tez qurtula bilirlər. Onu da qeyd edim ki, bu hər adamda olmur. Daha çox depressiyaya meyilli insanlarda müşahidə olunur. Havanın boğuq, çiskinli olması, tez qaralması depressiya yarada bilər. Çünki yay aylarında belə hallar demək olar ki, olmur. İnsanlar özlərini narahat hiss edəndə depressiyaya qapılmamaq üçün həyətə, dükana, bazara çıxa bilirlər".

Bilirik ki, payız depressiyasına daha çox evdar qadınlarda rast gəlinir. Ancaq bəzi işgüzar xanımlar və bəylər də bu vəziyyətdən yaxa qurtara bilmir. E.Rüstəmov bunun səbəbini belə açıqladı:

"Bəli, evdar qadınların depressiyaya düşmə ehtimalı daha çoxdur. Amma işləyən qadınların hamısını da eyni qiymətləndirmək olmaz. Çünki aktiv və passiv işləyən xanımlar var. Passiv işləyənlər səhərdən axşama kimi kompüterin arxasındandırlar. Hərəkət az olur deyə, ruhi müvazinətlərini tez itirirlər. Aktiv işləyən xanımlar isə çox ora-bura qaçdıqları üçün onlarda depressiya yox, daha çox stress halı müşahidə olunur. Psixoplogiya elmi də sübut edib ki, hava şəraiti insanların ruhuna daha çox təsir edir. Gəlin, ölkələrə diqqət edək. Baxın, Skandinaviya ölkələrində depressiya halları və intiharlar daha çox olur. Bu da həmin ölkələrin soyuq olmasından irəli gəlir. Ancaq ərəb ölkələrində bu cür hallara rast gəlinmir. Onlar daha dinamik, enerjili və aktivdirlər. Çünki gün işığını çox görürlər. Günəş, su, torpaq və insan bərabər doğulub. İnsanın həyatında biri çatışmayanda problem yaşanır".

Bəs payız depressiyası əsasən hansı tip insanlarda müşahidə olunur?

Biz 4 tip insan tanıyırıq. Sanqviniklər - yüksək ruhlu insanlardı. Fleqmatik – ağıllı, təmkinli insanlardı. Xolerik – çoşqun, tez özündən çıxan, davakar insanlardı. Melanxolik – həssas, tez özünü itirən insan tipidir.

Payız depressiyası ən çox melanxoliklərdə olur.

Bəs payız depressiyasına düşməmək üçün nə edək və artıq depressiyaya düşənlər necə xilas olsunlar?

E.Rüstəmovun fikrincə, ən əsası, passivlikdən uzaqlaşmaq lazımdır:

"Diqqəti başqa istiqamətə yönəltmək şərtdi. Kitab oxumaqdan tutumuş, nə isə bir faydalı işlə məşğul olması lazımdır ki, əhval-ruhiyyəyə müsbət təsir göstərsin. Yox, artıq xroniki hala keçibsə, mütləq özü və ətrafdakı insanlar diqqətli olmalıdırlar və onlara mütəxəssis köməyi lazımdır. Depressiya sonradan insanlarda intihar hissi yarada bilər. Ona görə də narahatçılıqların baş verməməsi üçün mütəxəssis dəstəyi vacib və önəmlidir".

Sonda sizə bir test təqdim edirik. Bu testin köməyi ilə hazırkı ruhi vəziyyətinizin nə yerdə olduğunu anlayacaqsınız. Ən azı iki həftə ərzində aşağıdakı şikayətlərdən beşini yaşayırsınızsa, deməli depressiyadasınız.

1. Özünü kədərli və boş hiss etmək;

2. Sənə qarşı diqqətin az olduğunu hiss etmək və ətrafdan zövq almamaq;

3. Səbəbsiz çəki artımı, yaxud çəki itkisi;

4. Yuxusuzluq və ya həddən çox yatmaq;

5. Yersiz həddindən artıq hərəkətlilik və ya fəaliyyətsizlik;

6. Davamlı, səbəbsiz yorğunluq və enerji itkisi;

7. Dəyərsizlik və günah hissi

8. Düşünmə, özünü idarəetmə qüvvəsinin azalması;

9. Ölüm və intihar düşüncələri.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri