XOŞBƏXTLİK hormonunu artırmaq üçün 4 SADƏ ADDIM

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 418
Səs ver:
(səs: 0)
Neyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir.

Orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar inkişaf edir. Serotoninin azalması həmçinin depressiya, panik atak kimi ağır pozulmaların inkişafına səbəb ola bilər.

Bədəndə serotoninin ifrazını artırmaq üçün sizə bu kimi sadə üsullar kömək edə bilər:

1.
Bəzi məhsullar orqanizmdə serotoninin sintezini stimullaşdırır. Bu məhsullar arasında - pendir, şokolad, kakao, hindquşu əti, balıq, banan, xurma, qoz-fındıq.

2. İdmanla məşğul olmaq da serotoninin ifrazını artırır. Lakin bu zaman idman insana zövq verməlidir. Yoqa da serotoninin ifrazını çox yaxşı artırır.

3. Araşdırmalar göstərir ki, massaj orqanizmdə stress hormonlarının səviyyəsini aşağı salır, serotoninin ifrazını artırır.

4. Serotoninin ifrazını artırmaq üçün belə faydalı qarışıqdan da istifadə etmək olar - hərəsindən 200 qr olmaqla kişmiş, ərik qurusu, qoz, 2 limon (qabıqlı) və 1 stəkan bal götürülür. Bütün ingrediyentlər blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Bu qarışıqdan hər gün səhər yeməyindən əvvəl 1 x.q. olmaqla qəbul edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri