Əhvalınızı yaxşılaşdıracaq cümlələr qurun

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 253
Səs ver:
(səs: 1)
Özünü sev!
Özünüzü inkişaf etdirmək istyirsinizsə, buna özünüzü sevməklə başlaya bilərsiniz. Əgər özünüzü sevməsəniz, nəyə ehtiyacınız olduğunu bilə biməzsiniz. Unutmayın insanın tək əsl dostu özüdür. Özünüzə haqqsızlıq etməyi bir kənara qoyun. Özünüzü dinləyin.

Özünü alçaltma!
Özünüzü alçaltmaq, sizə çox böyük zərər verəcəkdir. Bunun yerinə özünüzə yaxşı davranın və hadisələrə pozitiv tərəfdən baxın. Siz özünüzün düşməni deyilsiniz. Özünüzü alçaldan sözləri yerinə, sizi yüksəldəcək cümlələr seçin. Bu tövsiyə sizə çox bəsit görünsə də, sizə çox faydalı olacaqdır.

Mənfi sözlər yerinə müsbət sözlər istifadə et!
Hər şeyə mənfi tərəfdən baxmağı dayandırmalısınız. Bu şəkildə həyata baxışınız dəyişəcəkdir. İlk başda müsbət düşünməkdə çətinlik çəkə bilərsiniz, lakin öyrəşdikcə əsla bu yaşam tərzini buraxmaq istəməyəcəksiniz.

Sağlam və xoşbəxt olmaq üçün lazım olan səbəblərinin olduğunu gör!
Bir çox insan məhz sağlam olmaları lazım olduqları üçün sağlam olurlar. Vacib olan sağlam olmaqdan xoşbəxt olmaqdır və buna şükür etməkdir. Özünüzə sağlam olmaq üçün lazım olan bir səbəb tapmalısınız. Sevdiyiniz insanları düşünmək bunun üçün yaxşı bir yoldur. Ananız, qızınız ya da yoldaşınız üçün sağlam olmağı istəyə bilərsiniz. Bu vəziyyət sizin üçün bir məcburiyyət olmalıdır. İdman edin, sağlam qidalanın və ya gəzintiyə çıxın.

Şükür edin!
Yaşadığımız stresli həyat bəzən bizim könül gözümüzü kor edə bilir. Belə anlarda dayanın və özünüzə bunu xatırladın; "Məndən çox daha çətin vəziyyədə olan insanlar var". Bizlər gündəlik həyatımızda kiçik şeylər üçün həyata əsəbiləşərkən, bütün dünyada bir çox insan aclıq kimi bir problemlə qarşı-qarşıyadır. Şükür etmək sizə yaşadığınız həyatın qiymətini xatırlatması baxımından, hər gün yerinə gətirməli olduğunuz bir hərəkətə çevrilməlidir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri