İmtina edə bilmirsinizsə, seçimi düzgün edin

Müəllif: Barbaris
Şərhlər: 10
Baxılıb: 2 534
Səs ver:
(səs: 0)
Şokolad qan dövranı üçün faydalıdır. Qan dövranının tənzimləməsi isə ürəyin fəaliyyəti üçün mühümdür. Ancaq bütün növ şokoladlar eyni təsirə malik deyil. Bu səbəbdən sağlamlığınız üçün düzgün şokolad seçmək şərtdir.

Qadınla.com bildirir ki, şokoladın ləzzətli olması kakao toxumlarının tərkibindəki flavanoidlərdən irəli gəlir. Bu isə ürəyi daha sağlam edir.
Bu maddələr orqanizmdə zərərli hüceyrələrə zərər verən sərbəst radikallarla mübarizə aparan antioksidanlardır:
Xolestrolu aşağı salır
Təzyiqi aşağı salır
Yapışqan trombositlərin qarşısını alır.

Mütəxəssislər qara şokoladın ən yaxşı seçim olduğunu bildirir. Çünki tərkibinə az müdaxilə olunduğundan flavonoid maddəsi ilə daha zəngin olur. Tərkibinin 35 faizini kakao, geri qalanını isə kakao yağı, şəkər, vanil təşkil edir.

Buna görə, tərkibində kakao çox olan şokoladı seçin.
Südlü şokoladın tərkibində ən az 10 faiz kakao və 12 faiz quru süd qatqı maddəsi olmalıdır. Qara şokolad kimi tərkibinin digər hissəsi kakao, vanil, şəkərdən ibarətdir.
Mütəxəssislər südlü şokoladla bağlı xəbərdarlıq ediblər:

Məhdud miqdarda yeyin, çünki südlü şokolad qarasından daha çox şəkər və yağla zəngindir. Tərkibində az vitamin və potasium mövcuddur.

Ağ şokolad - tərkibinin 20 faizini kakao yağı, 55 faizini isə şəkər təşkil edir. Əlavə olaraq süd, vanil qatqısı da var. Elm adamları bu növ şokoladın yeyilmə tərəfdarı deyillər. Çünki qida dəyəri çox deyil. Tərkibinin çox hissəsi isə şəkər və yağdan ibarət olduğu üçün sağlamlıq üçün zərərlidir.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri