Qırmızı ətin qadınlar üçün təhlükəsi

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 1 520
Səs ver:
(səs: 0)
Böyük Britaniyanın Lidsk Universitetinin alimləri aşkar ediblər ki, qırmızı ətdən az istifadə qadınlarda yoğun bağırsaqda xərçəngin inkişaf etməsi riskini aşağı salır.

Bu haqda “MedicalXpress” öz press-relizində məlumat verib.

Analizdə İngiltərə, Uels və Şotlandiyadan 32147 qadının iştirakı ilə aparılmış uzunmüddətli koqorta araşdırmasının məlumatlarından istifadə edilib. Onlar 1995-1998-ci illərdə müayinədən keçiblər və 17 ilə yaxın müddət ərzində onların səhhətləri izlənilib.

İştirakçılar öz qida adətləri barədə məlumat veriblər, bundan əlavə, yoğun bağırsağın aşağı hissələrinin xərçəngi ilə bağlı 119 hal də daxil olmaqla, 462 kolorektal xərçəng hadisəsi qeydə alınıb.

Məlum olub ki, kim daimi qırmızı ət qəbul edirsə, yoğun bağırsağın distal hissəsinin xərçəngi və ya kal kütlənin yerləşdiyi çənbər bağırsağın zəifləməsi xəstəliklərinə tez-tez düçar olurlar.

2030-cu ildə bütün dünyada 20 milyondan çox yeni kolorektal xərçəng xəstəliyi hallarının qeydə alınacağı gözlənilir. Hesab edilir ki, vegeterian pəhrizi saxlamaqla, 20 faiz bütün şişlərdən qorunmaq olar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri