Bu tərəvəz min bir dərdin dərmanıdır

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 757
Səs ver:
(səs: 0)
Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır.
Bu tərəvəz müxtəlif vacib vitamin və minerallarla zəngindir.
Onun tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.

Qadınla.Com belə zəngin tərkibli bolqar bibərinin digər faydalarını sadalayır:

- Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Çünki bu qrup insanlarda immun sistemi daha zəifdir.

- Qırmızı bolqar bibərin tərkibində"likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.

- Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.

- Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yemək lazımdır.

- Adıçəkilən tərəvəz iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.

- Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.

- Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.

- Bu tərəvəz sümüklər üçün də çox xeyirlidir.

- Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir

- Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 757
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri