Uzun müddət ərzində istidə olduqdan sonra insanların əkəsriyyəti tez sərinlənmək üçün buz kimi soyuq su seçir. Lakin bu çox təhlükəli fəsadlara gətirib çıxarda bilər.
Qadınla.Com xəbər verir ki, istidə qan damarları genişlənir, soyuq suyun içilməsi isə onların anı sıxılmasına gətirib çıxardır. Buda nəticədə ürək tutması və həttainsulta səbəb ola bilər. Bu xüsusilə yaşlı və ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Bütün bunları nəzərə alaraq mütəxəssislər isti havada otaq temperaturunda olan suyu içməyi tövsiyə edirlər.