Avropada həkimlər xəstələrə Cola təyin edir – Qazlı içkinin müalicəvi təsirinə inananlar

Şərhlər: 2
Baxılıb: 1 654
Səs ver:
(səs: 0)
Bir neçə müddətdir Avropada olanlar orda hətta həkimlərin də qrip, rotavirus, bağırsaq pozulması və intoksikasiya zamanı xəstələrə hətta reseptə Cola yazmasının şahidi olub təəccünlənirlər.

Artıq mətbuatda da Coladan hansı hallarda müalicə və vəziyyəti yüngülləşdirmək barədə çox sayda materiallara rast gəlinir.

2013-cü ildə nüfuzlu elmi dərgi olan Alimentaru Pharmacologi jurnalında colanın nadir xəstəlik olan fitobezoarın müalicəsində effekti barədə tədqiqatın nəticəsi dərc edilmişdi.

Belə ki, bu xəstələrə Cola verilməsi sayəsində onların 50% -də çöküntü və daşlar ərimiş, 20 pasiyent isə  əməliyyatdan yaxa qurtarmışdı.

Bu içkinin belə təsirinin səbəbi kimi tərkibindəki fosfor turşusu və karbon oksid göstərilib.

Hansı xəstəliklərdə effektivdir?
Hazırd da Avropada terapevtlər diareya, zəhərlənmə, rotavirus zamanı Cola təyin edir. Bu hallarda içki orqanizmin kəskin susuzlaşmasının qarşısını alır, belə ki, tərkibində çox miqdarda qlükozanın olması xəstəni tez özünə gətirir.

Çində də insanlar heç həkimi gözləmədən qrip, rotavirus, bağırsaq infeksiyalarında orijinal şüşə qabda olan kolani isidib içirlər.

Onlar hesab edir ki, içkidə olan turşular bakteriyaları əridir, yeyir. 

Zəhərlənmələrdə də əl altında hər hansı vasitə olmadıqda Cola içmək olurmuş. Həkim bildirir ki, bu suda olan ortofosfor turşusu, kofein və təbii rəngləndirici teobromin toksinləri çıxarır. Bununla da Colanın dezintoksikasiya effektli olduğu bildirilir. 

Kolada olan kofein rolunu adenozinmonofosfat oynayır. Bu maddənin təsiri altında da orqan və toxumalarda metobolik proseslər sürətlənir, mədə seksresiyası stimulə olur, hərəkət, psixi aktivlik artır, müvəqqəti olaraq yuxululuq və yorğunluğu aradan qaldırır. Ona görə qrip, rotavirus və zəhərlənmə zamanı Kola içdikdə həm orqanizm susuzlaşmadan qurtulmuş olur, həm beyinə qlükoza gedir, həm də kofein insanı tez özünü ələ almağa sövq edir.

Lakin Colada olan qlükoza və korbin oksid qazı mədə şirəsini artırır, həzmi pozur, mədənin selikli qişasını aşılayır, ona görə qastrit, xora, kolit olan insana istənilən halda Cola kimi içkilər içmək qadağandır. 

Lakin tibb colanı dərman və müalicə vasitəsi kimi qəbul etmir, heç bir protokolda əks olunmayıb. Bu sadəcə panaseya və ya əl altında olan vasitədən istifadədir.

Halbuki Cola icad olunanda ilk əvvəl müalicə məqsədilə düşünülmüşdü və apteklərdə yalnız reseptlə satılırdı.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri