Çox meyvə yemək bu orqanı sıradan çıxardır - Alimlərdən vacib xəbərdarlıq

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 3 152
Səs ver:
(səs: 0)
Meyvələrin tərkibində olan vitamin və minerallar sağlamlığımız üçün çox faydalıdır. Lakin alimlər xəbərdarlıq edir ki, meyvələrin fruktoza ilə zəngin olması onları qaraciyər üçün təhlükəli edir.

Qadınla.com bildirir ki, fruktozanın həddindən artıq miqdarda qəbulu qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi çox təhlükəli haldır. Onun nəticəsində qaraciyərdə iltihab yaranır, qaraciyər sirrozu və xərçənginin riski artır.
Bir çoxların fikrinə görə, qaraciyərin piylənməsinin səbəbi yağlı qidaların həddindən artıq miqdarda qəbuludur. Ancaq bu belə deyil. Bunun əsas səbəbi məhz şəkərdir - həm qlükoza, həm də fruktoza.
Bunu nəzərə alaraq mütəxəssislər gün ərzində yalnız 2 porsiya meyvə yeməyi tövsiyə edirlər (məsələn, 1 porsiya 1 alma, 1 banan, 1 portağal və s. təşkil edir). Bundan çox yox. Həmçinin meyvələri eyni vaxtda deyil, günün müxtəlif saatlarında yemək lazımdır (məsələn, səhər 1 alma, günorta 1 banan və s.).
Qaraciyərin piylənməsi tək qaraciyərin özünə deyil, digər orqanlara da ziyan vurur - həzm prosesləri pozulur, damarlarda xolesterinin yığılması sürətlənir.
Həmçinin qaraciyərin piylənməsi mədəaltı vəzinin fəaliyyətinə çox mənfi təsir edir, 2-ci tip diabetin riskini artırır.
Mütəxəssislər qaraciyərin sağlamlığı üçün qəhvə və kifayət qədər su içməyi, qulançar yeməyi, fiziki aktiv olmağı tövsiyə edirlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri