Hansı tərəvəz çiy, hansı bişmiş yeyilməlidir?

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 520
Səs ver:
(səs: 1)
Bəzi vitaminlər, məsələn, A, D, K və E kimi vitaminlər istiliyə davamlıdır. Digər vitaminlər, B qrupu vitamini və C vitamini kimi bişən zaman qismən dağılır. Bəs hansı tərəvəzləri çiy, bişmiş ya qaynadılmış halda yemək daha yaxşıdır? Qadınla.Com tərəvəzlərin hansı halda çiy ya bişirilməsi haqqında məlumatı təqdim edir.

Bibər
Bibərlər C, A vitaminləri ilə zəngindir və tərkibində bəzi vitamin qrupları var. Onlar immunitetin artırılması və görmə üçün faydalıdır. Ona görə bibərləri çiy istifadə etmək daha yaxşıdır. Əgər siz bibərləri bişirmək istəsəniz onda onları yağda yüngül qızardın.
Koreyalı alimlər bibərlərdən hazırlanmış müxtəlif növ təhlilini aparıb və bu qənaətə gəliblər ki, ən çox vitamin itkisi bibərlər bişən zaman baş verir. Halbuki yüngül qızartma və ya sobada bişirmə (190 dərəcə temperaturda 15 dəqiqə ərzində) bu vitaminin az itkisinə gətirib çıxarır (25% -ə qədər).

Soğan
Soğan iltihab əleyhinə xüsusiyyətlərə malikdir və həzm üçün faydalıdır. Soğanın tərkibində C, B6 vitamini və fol turşusu var. Çiy soğan yemək daha yaxşıdır və qırmızı soğan(bunda vitamin daha çoxdur) arzu olunandır. Əgər siz soğanı bişirmək istəyirsinizsə , onda şəffaf olana qədər bişirmək daha yaxşıdır, onda çəkisinin itirilməsi və vitaminlər az əhəmiyyətli olacaq.

Kərəviz
Kərəviz xroniki ağrı və artrit üçün faydalıdır. Kərəvizin tərkibində A, C, K və E vitaminləri var. Kərəvizi çiy yemək daha faydalıdır.

Pomidor
Pomidorun tərkibində likopin maddəsi dərini günəşdən qorumağa kömək edir və qırışların qarşısını alır. O həmçinin ürək üçün faydalıdır və likopin xərçəng xəstəliyinin qarşısını alır. Pomidorun tərkibində A, C və E vitamini var. Bişdikdə C vitamini azalır, lakin pomidordaki likopin maddəsi əhəmiyyətli dərəcədə artır. Ona görə də pomidoru bişmiş istifadə etmək daha faydalıdır.

Yerkökü
Yerkökü ,ürək, göz həm də dəri sağlamlığı üçün faydalıdır. Yerkökünün tərkibində beta-karotin çoxdur (A vitamini). Həmçinin, yerkökünün tərkibində E, K, C vitamini və B qrupu vitaminləri (В3 və В6) var. Bişdikdə yerkökünün tərkibindəki C və B3 vitamini azalır. Buxarda bişmiş yerkökükünün tərkibindəki beta-karotin orqanizmdə daha yaxşı həzm olunur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri