Dietoloq xama və mayonezin təhlükəsindən danışdı

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 2 289
Səs ver:
(səs: 1)
Dietoloq Natalya Denisova mayonez və xama arasında seçim edə bilməyənlərə məsləhət verib.

O, hər məhsulun faydalı və zərərli xüsusiyyətlərini açıqlayıb. "Xama fermentləşdirilmiş süd məhsuludur. Bütün süd məhsulları tərkibində həzm prosesinə kömək edən probiotiklər olduğu üçün faydalıdır. Xama çox miqdarda protein və vitamin ehtiva etdiyinə görə eyni zamanda tərkibində zərərli doymuş yağlar var”.

Mayonez isə həkimin sözlərinə görə, mübahisəli məhsuldur. Tərkibində faydalı olan bitki yağı, yumurta sarısı, xardal, sirkə və duz olmasına baxmayaraq, yüksək kalorilidir. Həkimin qənaətincə, turş xama və mayonez idealdır. Bundan əlavə, onlar bitki yağı, limon suyu və az yağlı qatıqla qarışdırıla bilər.

"Mayonezli salat yeyərkən çoxlu kalori qəbul edirik, eyni zamanda E vitamini, doymamış yağ turşuları və müxtəlif faydalı vitaminlər alırıq. Bu məhsulları nadir hallarda istifadə etsəniz, o zaman sağlamlığınıza zərər verməyəcək”, - dietoloq əlavə edib.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri