Enerjinizin azalmağına səbəb olan 5 qida!

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 386
Səs ver:
(səs: 0)
Enerjinizin yüksək olmasına təsir edən bir çox faktor var. Nizamlı və keyfiyyətli yuxu, idman, stress gün ərzində əhvalınıza və enerjinizə təsir edir. Qidalanma da bu faktorlardan biri hesab edilir. Bəzi qidalar enerjinizin artmasına səbəb olarkən, bəzləri isə enerjinizin azalmasına səbəb olur. Enerjinizi azaldan qidaları sizlər üçün araşdırdıq.

Şəkər və şəkərli qidalar
Özünüzü enerjisiz hiss etdiyiniz günlərdə şirniyyat yerinə sağlamlığınız üçün faydalı olan qidalara üz tutmalısınız, çünki tərkibində yüksək miqdarda şəkər olan qidalar qan şəkərində dəyişkənliyə və enerjinizin azalmasına səbəb olur.

Emal edilmiş qidalar
Ağ çörək, makaron və ağ düyü kimi emal edilmiş taxıllar daha az lif tərkibli olduğundan sürətlə həzm olunur. Bu halda qandakı şəkər səviyyəsində yaranan ani dəyişikliklər enerji səviyyəsinin düşməsinə səbəb olur.

Qəhvə
Qəhvə çox faydalı qidalar siyahısındadır. Kofein tərkibli qəhvə yorğunluğu aradan qaldıraraq enerji və beyin funksiyalarında qısa müddətli yaxşılaşmaya səbəb olur, amma daimi olaraq qəhvə içən insanın orqanizmi buna alışır və müəyyən müddətdən sonra qəhvənin müsbət təsirləri azalır. Gün ərzində maksimum 4 fincandan artıq qəhvə içdikdə yuxunuzun keyfiyyətini azaldır və enerji səviyyənizi aşağı salır.

Həddindən artıq yağlı qidalar
Fəstfud, qızartma kimi yüsək yağ və az lif tərkibli bu qidalar həm həzm prosesini ləngidir, həm də enerji verən qidaların sorulmasına mənfi təsir göstərir. Bundan başqa, şişkinlik yaratdığı üçün yemək yedikdən sonra halsızlıq hissinə səbəb olur.

Alkoqol
Alkoqol rahatlaşdıran təsirə malik olsa da, yuxu keyfiyyətini və müddətini aşağı salır. Ertəsi gün özünüzü yorğun hiss etməyinizə səbəb olur və enerji səviyyənizin qalxmasının qarşısını alır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri