Kakaonun inanılmaz faydası

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 2 314
Səs ver:
(səs: 0)
Almaniyalı alimlər araşdırma zamanı müəyyən edib ki, tərkibində kakao olan məhsullarda insan orqanizmi üçün çox vacib olan D2 vitamini var.

Mütəxəssislərin fikrincə, günəş şüaları altında qurudulmuş kakao paxlasındakı D vitamini D2 vitamininə çevrilir. Alimlər müxtəlif kakao məhsullarının kütlə spektrometrik analizlərini aparıblar. Müəyyən edilib ki, kakao çox miqdarda vitamin D2 mənbəyidir.

Eyni zamanda, ekspertlər fərqli kakao məhsullarının müxtəlif məzmunlu tərkibə malik olduğunu vurğulayırlar. Məsələn, ağ şokoladın içində bu, demək olar ki, yoxdur.

Xatırladaq ki, D vitamini insanın sümüklərinin böyüməsi və osteoporozun profilaktikası üçün vacibdir. Bu, daha çox balıq yağı, göbələk və dəniz məhsulları, süd və yağ, qırmızı və qara kürü, dəniz yosunu tərkibində var.

Daha əvvəllər aparılan araşdırmaya görə, D vitamini süd vəzisi xərçənginin inkişafının qarşısı alır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri