Soyuq günlərin isti içkiləri

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 1 982
Səs ver:
(səs: 0)
Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər.
Qadınla.Com bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Rasionumuzda xüsusi yer tutan qəhvə antioksidantlarla zəngin olduğu üçün xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, qəhvə həm də şəkər xəstəliyinin yaranmasının qarşısını alır. Ona görə də gün ərzində iki-üç fincan qəhvə içmək məsləhətdir. Lakin unutmaq olmaz ki, qəhvənin çox qəbul edilməsi yuxu probleminin yaranmasına səbəb olur. Həmçinin qəhvənin tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir".
Mütəxəssislər bildirirlər ki, qara çay mövsümi soyuqdəymələr zamanı çox faydalıdır. Tərkibi B2, C və E vitaminləri ilə zəngin olan çay qan dövranını yaxşılaşdırır. Bu ətirli içki ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Həddindən çox çay içmək yuxusuzluğa, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Həkim-diyetoloq bildirib: "Bol vitamin və minerallarla zəngin olan süd isə həm də zəngin kalsium mənbəyi hesab olunur. Süd yaddaşı gücləndirməklə qanda xolesterinin səviyyəsini azaldır, dişlərin erkən çürüməsinin qarşısını alır. Həmçinin bu içki dərini cavan saxlayır. Araşdırmalar göstərir ki, süd həm də mədə-bağırsaq xəstəliklərinin dərmanıdır. Gün ərzində bir neçə dəfə süd qəbul etmək olar. Sinir toxumalarının inkişafında süd qəbul edilməsinin xüsusi rolu var".
Beləliklə, isti içkilər soyuq aylarda həm canı isidir, həm də sağlamlığa çox müsbət təsir göstərir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 982
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri