Çili bibəri (Capsicumfrutescens, annuum)

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 932
Səs ver:
(səs: 0)
Çili bibəri kəskin dadına görə kulinariya sahəsində ən böyük rol oynayan məhsullardan biridir. Tarix boyun çili bibərindən dünya mətbəxlərində istifadə edilib. Çili bibərini Avropa ölkələrinə Xristafor Kolumb gətirib. O Amerikada ekspedisiyalarda olan zaman Avropa ölkələrinə lobya, tütün, müxtəlif tərəvəzlər və çili bibəri gətirmişdir. Ekspedisiyada iştirak edənlər İspanola adasında əhalinin "aksi" adlandırdığı çili bibərini çox bəyənmiş və özləri ilə Avropaya gətirmişlər. Ekspedisiyada iştirak edənlər əvvəlcə çili bibərini bəzək bitkisi kimi bəyənmiş və sonralar onun meyvəsindən də istifadə etməyə başlamışlar.

Çili bibəri uzun, qırmızı rəngdə və içərisi toxumlarla dolu olur. Karib adalarında onu meyvə kimi qiymətləndirir və yeyirlər. Çili bibərinin idxalı İspaniyaya çoxlu qazanc gətirir. Avropa ölkələri arasında ən çox çili Macarıstanda yetişdirilir. Macarlar özlərinin temperamentli olmalarını səbəbini çili bibəri yemələrində görürlər. Bu ölkəyə çili bibəri türklər tərəfindən gətirilib. Macarıstanda çili bibərinin yetişdirilməsi türklərin işğalından sonra başlanıb.
Çili bibərinin müxtəılif növləri var. Onlar bir-birindən formasına və görünüşünmə görə fərqlənirlər. Quru dərilmiş çili bibərini soyuducuda 5-6 gün saxlamaq mümkündür. Bu müddətdən sonra onun qabığı solmağa və büzüşməyə başlayır. Çili bibərini sirkədə, duzlu suda və bitki yağında saxlamaq olur. Çili bibərini qurutduqdan sonra onu üyüdüb saxlamaq da mümkün olur.

Bəzi hallarda çili bibərini polietilen paketdə dondurucuda da saxlayırlar. 100 qram çili bibərinin qida dəyəri:
- Zülallar - 2 qr
- Yağlar - 0,2 qr
- Karbohidratlar - 1,5 qr
- Su - 90,2 qr
- Kalori - 40 kKal.

Çili bibərinin tərkibində çoxlu vitaminlər, niasin, xolin, fol turşusu, tiamin, beta karotin, pridoksin, riboflavin, askorbin turşusu, marqanes, dəmir, sink, kalsium və fosfor var. Çili bibərinin tərkibindəki vitaminlər və mikroelementlər orqanizm üçün çox faydalıddır.
Az miqdarda çili bibəri yemək iştahanın artmasına, həzm sisteminin və metobolizmin normallaşmasına səbəb olur. Kəskin acı çili bibəri beynin və qaraciyərin fəaliyyətini yaxşılaşdıdır.

Atereskleroz, yuxusuzluq, allergiya, soyuqlama, bronxial astma, epilepsiya, hepatit xəstəliklərindən əziyyət çəkənlər çili bibəri yedikdə xəstəliklərin əlamətləri azalır. Çili bibəri yemək bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır və onların böyüməsini ləngidir. Çili bibəri yemək orqanizmdə endorfinin miqdarının artmasına səbəb olur. Bu da insanın stresslərə, əsəb gərginliklərinə qarşı olan davamlılığını artırır. O qan dövranını yaxşılaşdırır, immun sistemi möhkəmləndirir və ağrı hissinin aradan qalxmasına səbəb olur. Araşdırmalar zamanı çili bibərinin şəkərli diabet xəstələrinə faydalı olduğu sübut olunmuşdur.

Çili bibərinin zərərli xüsusiyyətləri
Çili bibəri yeyərkən diqqətli olmaq lazımdır. Onu açıq yaralara, gözlərə sürtdükdə güclü yanğı hissi meydana çıxır. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən xəstələrə çili bibəri yeyərkən ehtiyatlı olmaq məsləhət görülür. Çili bibəri yemək qıcqırma hissinin meydana çıxmasına səbəb olur. Buna görə də onu az miqdarda yemək lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri