Dərinizi bunlarla gözəlləşdirin

Müəllif: Lalə B.
Şərhlər: 4
Baxılıb: 2 431
Səs ver:
(səs: 0)
1.Qırmızı bibər
Dərini hamar və gözəl edən, C vitamini ilə zəngin qırmızı bibər qan dövranını tənzimləyir və karoteonid bəxş edir. Qocalma ilə mübarizə aparır, o cümlədən, qırışların yaranmasını azaldır.

2.Yerkökü
Həm göz, həm də dəri sağlamlığı üçün faydalı olan yerkökü A vitamini ilə olduqca zəngindir. Xüsusilə kosmetik məhsulların tərkibinə əlavə olunan bu tərəvəz dərinin görünüşünə müsbət təsir edir. Bir çox kosmetik dəri məhsulunun tərkibindəki Retinol, yerkökü ekstraktlarına da aiddir. Çünki yerkökü təbii retinoldur.

3.Tünd şokolad
Tünd şokoladın içərisindəki flavanollar və antioksidan bitki komponentləri dərini nəmləndirir və qan dövranını tənzimləyir. 12 həftə ərzində bununla qidalanan qadınlarda dəri lazımsız maddələrdən təmizlənir və hamar görünüş qazanır. Tünd şokoladdan gündəlik 28 qram və ya 150 kalori istehlak edilməlidir.

4.Fındıq
E vitamini antioksidandır. Fındıq dəri üzərində ultrabənövşəyi şüaların yaratdığı zərərlərin qarşısını alır. Nəmləndirilməsinə və yumşalmasına da kömək edir. Bir insanın gündəlik E vitamini ehtiyacı 8-10 mq fındıqdır. E vitamini taxıl, ispanaq, balqabaq, kələm, kahı, zeytun və balıq yağı, fındıq, qoz, yumurta sarısı, pomidor və kartofda da çoxdur. Lakin gündəlik bir ovuc fındıq E vitamini ehtiyacını tamamilə qarşılayır.

5.Balqabaq tumu
Bənzərsiz sink mənbəyi olan balqabaq toxumu, bu xüsusiyyəti sayəsində dəri üçün ən vacib mineralı bəxş edir. Əsas kollagen səviyyəsini tənzimləyir və hüceyrələrin yenilənməsini təmin edir. Eyni zamanda hüceyrə membranını C vitamini ilə gücləndirir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri