Bu məhsulları yeyərkən diqqətli olun

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 1 774
Səs ver:
(səs: 0)
Bu il çiyələkdən zəhərlənənlərin sayı üstünlük təşkil edir. Bununla yanaşı hazırda satışda olan qarpız və yemiş də təhlükəli ola bilər. Vətəndaşlar bu mövsümdə meyvə və tərəvəz alan zaman çox diqqətli olmalıdırlar. Çünki, bazara yeni-yeni gətirilən bu qidalar sizi də zəhərliyə bilər.

Aprelin 25-dən bu günə kimi mövsümü yeni başlayan meyvə-tərəvəzlərdən 50-ə yaxın vətəndaş zəhərlənib ki, bu hadisələrin də əksəriyyəti çiyələkdən baş verib.

Satıcılar da etiraf edirlər ki, hazırda satdıqları, ölçüsü digərlərinə nisbətən dəfələrlə böyük olan bu çiyələklər parniklərdə yetişdirilir və daha çox dərmanlıdır.

Hal-hazırda qarpız və yemiş də risk qrupuna daxildir və artıq 2 nəfər bu qidalardan zəhərlənərək orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkim -infeksionist namiq nəbiyev deyir ki, qarpız və yemiş iyulun ikinci yarısından tez istifadə edilməməlidir.

Həkimin sözlərinə görə, bu mövsümdə yeni-yeni çıxan lobya, xüsusilə göbələkdən istifadə zamanı diqqətli olmaq lazımdır. bu tərəvəzlər bol su ilə yuyularaq, çox qaynadılmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri