Dondurulmuş qidalar: zərər, yoxsa?

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2 984
Səs ver:
(səs: 0)
 
Son illər dondurulmuş və konservləşdirilmiş tərəvəz, meyvə və digər qidaların istehsalı daha da artır. Təbii ki, əksər ailələr dondurulomuş qidaların zərərli olduğunu əsaəs gətirərək belə qidaları almağa ehtiyat edir.

Meyvə-tərəvəzlər insan inkişafı və xəstəlik risklərinin azaldılmasında əhəmiyyətli qidalardır. Tərkibi folik turşu, A vitamin, beta-karoten, E, C, B2 vitamini, kalsium, kalium, dəmir, maqnezium və digər antioksidant xüsusiyyətə malik birləşmələrlə zəngin olan tərəvəz və meyvələr bədəndən zərərli maddələrin atılmasında köməkçi qidalardır. Mütəxəssislər məsləhət görür ki, sağlam bədənə sahib olmaq və xəstəliklərdən uzaq olmaq üçün gün ərzində çoxlu miqdarda meyvə-tərəvəz yemək lazımdır. Qida mühəndisi, dietoloq Firidun Məmmədovun sözlərinə görə, qışda bəzi meyvə və tərəvəzlər olmadığından həmin məhsulları donduraraq istifadə etmək lazımdır: "Dondurma əməliyyatı, çiy qidaların qida elementlərinin qorunmasında ən təsirli üsullardan biridir. Məhsullar dondurularkən qoruyucu qatqı maddəsi istifadə edilmir və qidanın dəyərində, keyfiyyətində və ya dadında heç bir azalma olmur. Bu səbəbdən də qışda dondurulmuş məhsullardan istifadə edilir".

Dondurulmuş məhsul alarkən diqqət yetirmək lazımdır ki, aldığınız məhsul buzlu olmasın. Alınan məhsul tez bir zamanda soyuducuya yerləşdirilməlidir. Dondurulmuş qidaların saxlama müddəti soyuducunun buzxanasının istilik dərəcəsinə bağlı olaraq dəyişir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri