Yaşınıza görə qidalanma proqramınız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 213
Səs ver:
(səs: 1)
Sağlam bir yaşlılıq üçün tədbirinizi bu gündən almanız gələcəkdəki illərə meydan oxuyacaq.
Yaşlanmaq əlbəttə ki maneə törədilə bilməyəcək bir gerçəkdir və hamımızın ortaq nöqtəsidir. Sağlam və keyfiyyətli bir yaşlılıq üçün hər yaşa uyğun qidalanma tədbirləri ilə işinizi bu gündən görün.

Qadınlar üçün
20 yaşlardakı qadınlar:
Gündə ən az 85 qr tam taxıllı qida yeməyə çalışın (yulaf, arpa, buğda və qara düyü). Bu qidalar tip 2 diyabet riskinizi azaldar.

30 yaşlardakı qadınlar:
30 yaşlarda şəkərli yeməkləri və kalorisi yüksək, qida dəyəri aşağı içkiləri azaldın. Çox şəkər qəbulu qan şəkəri səviyyənizi sürətlə yüksəldib alçalda bilər.

40 yaşlardakı qadınlar:
Gündə 3 stəkan yağsız və ya az yağlı süd məhsulu qəbul edin ya da sümüklərinizin güclü qalmasına köməkçi olacaq pendir, qatıq vs. süd məhsulları qəbul edin.

50 yaşlardakı qadınlar:
Ürəyiniz bir şey atışdırmaq istədi? Cips və ya peçenye yerinə quru yemiş yeyin. Gündə 7 qr quru  yemiş yeyin, yüksək təzyiq və xolesterol riskinizi salacaq.

60 və yuxarı yaşlardakı qadınlar:
İşlənmiş, yüksək yağ və ya şəkər ehtiva edən qidaları məhdudlaşdırın. Yağsız ət və zülallar da daxil, çox müxtəlif qidalar yeməyi hədəfləyin. Yetkin qadınlar gündə təxminən 48 qr zülal alınmalıdır.
 
Kişilər üçün
20 yaşlardakı kişilər:
Taxılları seçin. Gündə ən az 85 qr tam taxıllı qida yeməyə çalışın. Bol meyvə və tərəvəz yeyin.

30 yaşlardakı kişilər:
Yüksək keyfiyyətli zülal qəbulunu artırın. Şəkərli və nişastalı yemək qəbul etməyin. Lazım olsa bir multi vitamin istifadə etmək üçün həkiminizə məsləhətləşin.

40 yaşlardakı kişilər:
Kişilər 40 yaşlarda daha çox qarın bölgəsindən yağlanırlar. Bu da metabolik sindrom, diyabet ya da ürək xəstəliyinin səbəbi ola bilər. Doymuş yağ nisbəti yüksək, trans yağ ehtiva edən yeməklərdən uzaq durun.

50 yaşlardakı kişilər:
Bu yaşlarda xüsusilə lazımsız yeməklərdən uzaq durun. Meyvə və tərəvəz yeməyi də laqeyd yanaşmayın.

60 və yuxarı yaşlardakı kişilər:
Çox günlər taxıl, zülal, tərəvəz və meyvə, süd.
 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri