Yemək yedikdə su içmək xeyirdir yoxsa ziyan?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 424
Səs ver:
(səs: 2)
Bədənimizin təxminən 70% , beyinin isə tam yarısı sudan ibarət olduğundan, suyun insan orqanizmi üçün nə qədər önəmli olduğunu bilmək olar.
Çox zaman susuzluq hissi aclıq hissi ilə səhv salınır, bəhs bu səbəbdən bir çox insanlar aclıq hissi duyduqları zaman ilk olaraq su içməyi tərciyə edirlər.  Yaşlandıqca isə orqanizmdə suyun miqdarı azalır.Lakin, su çox içdiyimiz halda, qocalma prosesini ləngitmək imkanı əldə edirik.

Bəs, yemək zamanı su içmək ziyandır yoxsa xeyir? Bu sual çoxlarını narahat edir...

Bir çoxlarımız yeməyi 1 fincan susuz təsəvvür etmir, digərləri isə ümumiyyətlə yemək zamanı su içmək istəmir. Keçmiş zamanlardan qalan fikirlərə əsasən, yemək zamanı su içdikdə, su mədə turşluğunu durulaşdırır, bu isə yeməyi n, xüsusən də zülalın parçalanma prosesini çətinləşdirir.  Əslində isə su, həzm şirəsinə əhəmiyyətli təsir göstərmir, bununla da həzm üçün heç bir problem yaratmış olmur.
Həqiqətdə isə  yeməkdən əvvəl içilən su, həzm traktını, əzələlərin qeyri ixtiyarı yığılma və boşalmasının stimullaşdırır. Bəzi araşdırmalar, suyun içildikdən 1 saat sonra metobolizmi yaxşılaşdırdığını göstərir. Həmçinin su çəkini kontrol etməkdə kömək edir. Orqanizmdə toxluq siqnalı verən bir neçə faktor var. Anatomik faktrorlardan biri də mədənin genişlənməsidir. Bu isə həm qida, həm də su qəbulu ilə təmin oluna bilər.
İçdiyiniz suyun miqdarını artırdıqda sağlamlıqla əlaqəli nə qədər problemlərdən azad olacağınızı bildikdə təəccüblənəcəksiniz. Bu: qıcqırma, artrit, bağırsaq xəstəlikləri, bel və digər sahələrdə xroniki ağrılar, yüksək qan təzyiqi vəs.  Aşağıda isə sizə suyun ən vacib funksiyalarını təqdim edir:

- su, orqanizmin bütün toxumalarını nəmləndirir

- bədən hərarətini tənzimləməyə kömək edir

- orqanların qorunmasına kömək olur

- bədəndə toksinləri yumaqla böyrək və qaraciyəri artıq yükdən azad edir


- oynaqlarda sürtkü rolunu oynayır

- mineral və digər xeyirli maddələri həll edir, bu isə onların hüceyrələrə daha yaxşı hopmasına səbəb olur

- hüceyrələrə oksigen və qidalı maddələri göndərir


Daha çox su için...

Gecə bədən uzunmüddətli susuz qaldığından, çalışın səhərlər 200-400 mlt su için.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri