Süd için, göyərti yeyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 755
Səs ver:
(səs: 2)
Sağlam sümüklərə malik olmaq üçün insan tərkibində kalsium və vitamin D tərkibli məhsullar qəbul etməlidir. Kalsium orqanizmdəki sümükləri inkişafına kömək edən , onları möhkəmləndirən bir elementdir. Orqanizm kalsiumu bərpa etmək üçün daim D vitamininə ehtiyac duyur. Kalsium çatışmazlığı pəhriz saxlayan insanlarda, xəstələrdə çox zaman meydana çıxır kı, bu da sümüklərin kövrəkləşməsinə və qırılmasına səbəb olur. Tərkibində kalsium və D vitamini olan sümükləri qüvvətləndirən qidalarla tanış olaq:

1. Süd
Ən güclü vasitə süd icmək hesab olunur. Dietoloqların fikrinə görə, insan gün ərzində bir fincan süd icməklə kalsiuma olan təlabatın 30 %-ni ödəyə bilər. Elə buna görə də, marketlərdə satılan südlərin tərkibi vitamin D ilə zəngin olması südün iki-qat xeyirli olmasına səbəb olur.

2. Göyərtilər
Gül kələm, vəzəri və bu kimi göyərtilər süd məhsullarından sonra kalsiumla zəngin ikinci ən mühüm qida hesab olunur. İspanağın da bu göyərti qrupuna daxil olmasına baxmayaraq, tərkibində oksalik turşusunun olması onun tərkibindəki kalsiumu itirir.

3. Qızıl balıq
Vitamin D təbiətdə nadir rast gəlinir. Qızıl balıq kalsiumun mənbəyi hesab olunur. Konservləşdirilmiş qızıl balıq daha çox kalsiumla zəngindir . Balığın konservləşdirilməsi onun qida dəyərini azaltmır, onun kalsiumla daha da zəngin olub, qıdalanmada başlıca mənbəyini təşkil edir.

4. Naxa balığı
Naxa balığı ən bahalı növ hesab olunur. Buna səbəb isə tərkibindəki vitamin D-nin daha çox olmasıdır.

5. Badam yağı
Badam kalsium qaynağıdır və tərkibindəki kalsium və D vitamini şəkər riskini azaldır və sümükləri möhkəmləndirir. Eyni zamanda badamın tərkibindəki yağ sümük əriməsinin qarşısını alır . Badamdakı yağlar xolestrolu azaldır və imuniteti gücləndirir.

6. Pendir
Olduqca sadə tərkibə malik süd məmulatıdır . Tərkibi süddən hazırlandığı üçün kalsiumla zəngindir. Müxtəlif pendir çeşidləri olsa da, "Mozzarella" ən çox kalsiuma malik pendir növü hesab olunur. Əgər sağlam sümüklərə sahib olmaq istəyirsinizsə, çalışın yağsız pendiri qida rasionunuza daxil edəsiniz.

7. Yoqurt
Yoqurt qədim kulinariya məhsuludur və kəşfi eradan əvvələ - 2.000-ci ilə aiddir. Az yağlı yoqurt gündəlik kalsiuma olan təlabatın 42 %-ni ödəyir.

8. Brokkoli
Kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Əsasən İngiltərədə, İspaniyada becərilir. Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Göyərti növlərindən sonra ikinci ən çox kalsiuma malik bitki hesab olunur. Brokkoli sümüklərin möhkəmlənməsin də, xərçəng xəstəliyinə qarşı mübarizədə istifadə olunan faydalı bitkidir.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri