Hansı məhsulları ac qarına yemək olmaz?

Müəllif: Wiyinka
Şərhlər: 12
Baxılıb: 5 831
Səs ver:
(səs: 4)
Səhər yeməyi düzgün olmalıdır. Buna səbəb odur ki, bəzi məhsullar mədə-bağırsaq traktına mənfi təsir göstərə bilirlər.
İnsanın əhvalı onun qidalanmasından bilavasitə asılı olduğuna görə, səhər ac qarına nə yeyəcəyiniz çox önəmlidir. Uzun müddət boş qalan mədəyə bəzi məhsulların düşməsi, həzm sisteminə pis təsir edir. Hətta bu məhsulların sistematik qəbulu, köpün əmələ gəlməsi, mədənin selikli qişasının pozulması, qastrit və digər pozulmalara səbəb ola bilir. Beləliklə sizə bu məhsulların siyahısını təqdim edirik:

- Soyuq içkilər.
7-8 saat yuxu ərzində xeyli maye buxarlandığına görə, orqanimz mayeyə ehtiyac duyur. Səhərlər su içmək lazımdır, çünki su içməklə, siz, mədə-bağırsaq traktını səhər yeməyi üçün hazırlamış olursunuz. . Lakin bu ev temperaturunda su olduqda belə olur. Soyuq su içdikdə isə mədənin selikli qışası qıcıqlanır. Bundan əlavə soyuq su, mədə damarlarını daraldır, qan dövranı pisləşir, bu isə qidanın həzm prossesinə təsir göstərir.

- Un məmulatları.
Bu məhsulların tərkibində əsasən maya olduğundan, onun isə köp əmələ gətirdiyinə görə, səhərlər un məmulatlarının qəbulu məsləhət görülmür. Böyük ehtiyac duyulduğunda mayasız məhsulları istifadə edə bilərsiniz.

- Qəhvə.
Bir çoxlarımız üçün səhər məhz 1 fincan qəhvə ilə başlayır. Qəhvə sevərlərin nəzərinə çatdırırıq ki, tərkibində olan kofein, mədəyə düşdükdə selikli qişanı qıcıqlandırır, bunun nəticəsində isə mədə şirəsinin sekresiyası çoxalır. Ən əsası isə, qəhvədən başqa heç nə yemədikdə, ifraz olunan turşuluq(mədə şirəsi) mədə toxumasını yeyir, bu da qastritin yaranmasına səbəb olur.

- Şirni.
Səhərlər şirni yemək vərdişindən azad olmaq lazımdır. Bu sizi ciddi metobolizm pozğunluğu və şəkər xəstəliyində xilas edəcək. Səbəb odur ki, mədəyə böyük dozada şəkər düşdükdə, mədəaltı vəz bu ağırlığa tab gətirmir və var gücü ilə işləməyə məcbur qalır. Çoxlu miqdarda insulin, qanda olan şəkərin səviyyəsini normallaşdırır, bundan sonra isə insan zəiflik və apatıiya hissi keçirir. Beləliklə uzun müddət ac qarına şirni yedikdə, siz, mədəaltı vəzin işini korlayırsınız. Bu isə onun əsas funksiyası olan insulinin normal səviyyədə hasilatına təsir edir.

- Sitrus meyvələr.
Portağal və qreypfrut şirəsi sevənlərə məlsəhət görülür ki, səhərlər bu vərdişlərindən imtina etsinlər. Çünki ac qarına sitrus meyvələri yemək - qastritə aparan ən qısa yolu seçmək deməkdir. Sitrus meyvələrinin tərkibibində olan turşu, mədə divarını yeyir və qastritin yaranmasına təkan verir.

- Armud və xurma.
Bu məhsulların tərkibində kobud sellüloz var. O isə, mədə-bağırsaq traktına düşdükdə selikli qişanı zədələyir və onun işini ləngidir.

- Sarımsaq.
Tərkibində olan allisin maddəsi, mədə divarları və öd kisəsini qıcıqlandırır, bununla da onların aktivliyinə təsir edir.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 5 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri