Qidalar psixologiyamıza necə təsir edir?

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 875
Səs ver:
(səs: 2)
Araşdırmalar göstərib ki, gün ərzində yediyimiz qidalar psixologiyamıza təsir edir. Belə ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək, özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olur.
 
Türkiyəli diyetoloq Gizəm Şəbər qidaların insanın əhval-ruhiyyəsinə olan təsirlərindən danışıb.
 
Diyetoloqun sözlərinə görə, artıq bir çox insan xoşbəxtlik hormonu adlandırılan serotoninin səviyyəsini artıran qidalardan xəbərdardır:
 
"Banan, ananas, şokolad kimi qidalar seratonin səviyyəsini artırır. Bunu demək olar ki, hər kəs bilir. Ancaq qidaların təsiri bununla bitmir. Bəzi qidalar özünəinamı artırır. Digərləri stressi azaldır, gərginliyi aradan qaldırır. Məsələn, iclasınız və ya hər hansı tədbirdə çıxışınız varsa, balqabaq tumu, göy-göyərti və ya badam yeyin. Bu qidaların tərkibindəki maqnezium sayəsində özünüzü rahat hiss edəcək, sakitləşəcəksiniz”.
 
Diyetoloqun sözlərinə görə, pessimist, narahat ruh halında olan insanlar kaliumla zəngin qidalar yeməlidir:
 
"Belə insanlar çərəz, bütöv dənli buğdadan hazırlanmış qidalar, günəbaxan tumu yesələr, yaxşı olar”.
Özünə inamı artıqmaq üçün isə B1 vitamininə ehtiyac var:
 
"B1 vitamini özünəinamı artırır. Kartof, gül kələmi, portağal və yumurta kimi qidalar bu baxımdan kömək edir. B1 vitamini ilə zəngin qidalar yeyən insanlar daha ünsiyyətcil olur, asanlıqla sosial əlaqələr qururlar”.
Hansı qidaların əhval-ruhiyyənizə necə təsir etdiyini öyrənmək üçün aşağıdakı siyahıya nəzər sala bilərsiniz:
 
Pomidor: xromla zəngin olduğu üçün insanda həyata həvəs oyadır.
Nar: xoşbəxtlik hissi bəxş edir.
Brokkoli: enerjili hiss etdirir.
Qızıl balıq: omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün depressiyaya qarşı təsirlidir.
Qoz: xoşbəxtlik hissi bağışlayır, depressiyadan xilas edir.
Yerkökü: antioksidantlarla zəngindir. İnsanın özünü rahat və sağlam hiss etməsinə səbəb olur.
Cəfəri: Orqanizmi toksinlərdən təmizlədiyi üçün yorğunluğu, halsızlığı aradan qaldırır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri