Güclü immunitet sistemi üçün vitamin, antioksidant və mineralla zəngin meyvə suları için.
Portağal Suyu: Bir
stəkan portağal suyu gündəlik C vitamini ehtiyacını qarşılayır. Kalium,
folat, B1, B2, B6 vitaminləri və müxtəlif mineralları ehtiva edən
portağal suyunun, xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı və
damarları gücləndirdiyi bilinir.
Ərik Suyu: Bir
stəkan ərik suyu gündəlik A vitamini ehtiyacının 3-də 1-ni qarşılayacaq
dəyərdadir. Ərik, diş xəstəlikləri, şəkər xəstəliyi, ürək xəstəlikləri
və xərçəng kimi xəstəliklərin meydana gəlmə riskini azaldır,
bağırsaqların normal işini təmin edir.
Üzüm Suyu: Üzüm
suyu A, B və C vitaminlərindən zəngin olmaqla bərabər kalium və dəmir
ehtiva edir. Güclü antioksidant xüsusiyyəti sayəsində bədəndə yaranan
sərbəst radikallarla döyüşərək, hüceyrələrdəki köhnəliyi azaldır və
immunitet sisteminin güclənməsini təmin edir.
Şaftalı Suyu: Şaftalı
suyu A və C vitaminindən başqa antioksidant və A vitamini fəaliyyəti
göstərən beta karoten baxımından zəngin bir içkidir. Ehtiva etdiyi diyet
lifləri və antioksidant maddələr, ürək damar sağlamlığının qorunmasında
və xərçəngdən qorunmaqda təsirlidir.
Nar Suyu: Xolesterol
və şəkəri normallaşdıraraq ürək sağlamlığını qoruyan nar suyu xərçəng
hüceyrələrinin inkişafına da maneə törədir. Həmçinin bağırsaq
parazitlərini də salır.
Vişnə Suyu: Qızdırmalı
xəstəliklərə qarşı güclü bir silah olan vişnədə A vitamini və kalium
var. Qandakı turşulaşmağı da təmizləyən vişnə suyu mədə və qaraciyərin
normal işini də təmin edər.
Alma Suyu: Alma
immunitet sistemini gücləndirən B3 və E vitamini və kalium ehtiva edir.
Qan şəkərini idarə edən alma suyu baş ağrısına da yaxşı təsir edir.